Mojo.az Banner
SON DƏQİQƏ
18:44 Qazaxda avtomobil 12 yaşlı qızı vurdu  |     18:23 Azərbaycanda quş əti və yumurta istehsalı artıb  |     18:10 Qazaxıstanda tutulan azərbaycanəsilli ifaçı Navai təcridxanada yeni mahnılar yazmağa başlayıb  |     17:58 Bakıdan Türkmənistana narkotik aparan dənizçi gəmidə ifşa edildi  |     17:50 Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarının fəaliyyətində problemlər müşahidə olunur - Foto  |     17:46 Tələbələrin təqaüdləri artırılacaq?  |     17:22 Məktəblərin yaxınlığında nalayiq ifadələr işlədən şəxslər həbs olundu  |     17:09 Bərdədə sanitar huşsuz vəziyyətdəki pasiyenti döyüb  |     16:34 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     16:28 Prezident Valeh Ələsgərovu təltif etdi  |     15:14 Ramiz Mehdiyevin hansı təltifləri alınacaq? - Siyahı  |     15:05 Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb  |     14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

"28 May"dan "Dərnəgül"ə qatarların hərəkəti dayandırılacaq - Rəsmi açıqlama

08.08.2025 13:06 786
Bir müddət "Bakı Metropoliteni”ndən "Yaşıl" xətlərin ayrılması layihəsi çərçivəsində metronun "28 May" stansiyası qismən bağlanacağı və "28 May"dan "Dərnəgül" istiqamətində qatarların hərəkəti olmayacağı bildirilib.

Belə ki, "Qırmızı" və "Yaşıl" xətlərin ayrılması çərçivəsində bu il "Cəfər Cabbarlı” və "Nizami” stansiyaları arasında təxminən 200 metrlik tunelin tikintisi planlaşdırılır.

Tikinti zamanı "28 May” stansiyası fəaliyyətini davam etdirəcək. Stansiya hər gün səhər saat 6-dan axşam saat 00:00-dək sərnişinləri qəbul edəcək. Sərnişinlər "Əhmədli-İçərişəhər" istiqamətində rahat hərəkət edə biləcəklər. Ümumilikdə, tikinti dövründə bu istiqamətdə qatarların hərəkətində fasilə olmayacaq.

Qatarlar tikinti dövründə də "28 May" stansiyasında dayanacaqlar və sərnişinlər "Cəfər Cabbarlı-Şah İsmayıl Xətai" istiqamətində hərəkətlərini davam etdirə biləcəklə. Yeganə məhdudiyyət "28 May-Nizami” istiqamətində olacaq. Tikinti başladıqdan sonra "28 May’"dan ‘Dərnəgül’ stansiyasına hərəkət edən qatarlar bu istiqamətdə hərəkət edə bilməyəcək. Həmin dövrdə sərnişinlərin bu hissədə alternativ nəqliyyatdan - avtobuslardan istifadə etməsi nəzərdə tutulur. Qatarlar yalnız "Nizami-Dərnəgül" istiqamətində hərəkət edəcək və bu marşrut üzrə sərnişin axınında maneə olmayacaq”.

Bəzi media qurumları prosesin yay aylarında başlayacağı qeyd edilib.

Modern.az məsələ ilə əlaqədar "Bakı Metropoliteni” ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, metropoliteninin inkişafı ilə bağlı həyata keçiriləcək yeni layihələr çərçivəsində "Dərnəgül” deposunun tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra xətlərin ayrılması layihəsinə başlanılacaq.

"Tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək. Bu və digər məsələlər, həmçinin hərəkətin təşkili, iş rejimində tətbiq ediləcək dəyişikliklərlə bağlı ictimaiyyətə əvvəlcədən rəsmi məlumat veriləcəkdir” - deyə qurumdan qeyd olunub.скачать dle 11.3

Son xəbərlər