Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi

14.08.2026 19:01 273
BMU məzunu dünyanın nüfuzlu ali təhsil müəssisini seçdi
Bakı Mühəndislik Universitetinin (BMU) “Biznesin idarə edilməsi” ixtisasının məzunu Məhəbbət Əhmədli yüksək akademik göstəriciləri və beynəlxalq təcrübəsi ilə seçilərək dünyanın nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.

BMU məzunu ABŞ-nin Kolumbiya və Corctaun universitetlərinə, həmçinin Böyük Britaniyanın Edinburq Universitetinə və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinə qəbul olub.

Məhəbbət Əhmədli “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində dövlət idarəçiliyi ixtisası üzrə magistr təhsili almağı qərarı verib.

Məzunun bu uğuru onun yüksək akademik göstəricilərini, beynəlxalq təcrübəsini və liderlik potensialını əks etdirir.

Məhəbbət Əhmədli BMU-ya 658 balla qəbul olub və universiteti 96,33 orta göstərici ilə ixtisas birincisi kimi başa vurub.

Ali təhsilindən əvvəl ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi Gələcək Liderlərin Mübadiləsi Proqramı (FLEX) çərçivəsində ABŞ-nin İndiana ştatında bir il orta məktəb təhsili alan Məhəbbət Əhmədli proqramı fərqlənmə ilə tamamlayıb.

BMU-da təhsil aldığı müddətdə isə ABŞ-nin Azərbaycandakı səfirliyində təcrübə proqramında iştirak edib və proqramı uğurla başa vurub.

Son xəbərlər