Mojo.az Banner
23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |     22:42 Lənkəranda kişi atasını qaynar su ilə yandırdı  |     22:37 Son 48 ilin rekordu: Xəzərin aqibəti necə olacaq? - Ekoloq  |     22:30 Bakıda mühasib sahibkarı aldatdı, "vergi pulu"nu mənimsədi  |     22:25 Gəncədə işə düzəltmək adı ilə 33 min manatlıq dələduzluq  |     22:19 Bakıda 9 mərtəbəli binalardakı mənzillər 5 mərtəbələrdəkindən niyə bahadır? (VİDEO)  |     22:11 Hər geyimlə uyğunlaşan 3 qiymətli daş - Stilistdən tövsiyələr  |     22:06 Naxçıvanda ağır qəza olub, xəsarət alanlar var  |     21:59 Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb  |     21:53 Azərbaycanda pensiyalar belə artırılacaq - Komitə sədri açıqladı  |     21:38 Futbol klubunun prezidenti başından güllələndi  |     21:30 Həbsdə olan 2 vəkil azadlığa buraxıldı  |     21:24 192 pivə çəlləyində aksiz pozuntusu aşkarlandı  |     21:15 Sökülüb yerində bina tikiləcəyi iddia edilən peşə məktəbi ilə bağlı AÇIQLAMA  |     21:10 Onlayn kreditlərə dair yeni qaydalar qüvvəyə minəcək - Sabahdan  |     21:02 Oktyabrın ilk günü hava necə olacaq?  |     20:57 Oğuzda əməliyyat - Həbs edilənlər var  |     20:49 Deputat sənədsiz evlərdən danışdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı tələbədən növbəti uğur

30.07.2026 19:51 279
Azərbaycanlı tələbədən növbəti uğur
Bakı Mühəndislik Universitetinin (BMU) məzunu Fatimeyi Zəhra Seyfiyeva 2026-2027-ci tədris ili üzrə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”nın qalibi olub. O, Böyük Britaniyanın Edinburq Universitetində “Bioanalitik kimya” ixtisası üzrə doktorantura təhsili alacaq.

Fatimeyi Zəhra Seyfiyeva BMU-da kimya sahəsi üzrə ingilis dilində təhsil alıb. Universiteti müvəffəqiyyətlə bitirən məzun dünyanın 7 nüfuzlu universitetinin magistr proqramlarına qəbul olub. O, Dövlət Proqramı çərçivəsində Edinburq Universitetində magistratura təhsili alıb və hazırda təhsilini başa vurmaq üzrədir.

Magistratura təhsili ilə yanaşı, Edinburq Universiteti nəzdində Regenerasiya və Bərpa İnstitutunda (Institute for Regeneration and Repair (IRR)) üç aylıq tədqiqat proqramında iştirak edir. Burada Parkinson xəstəliyinin erkən diaqnostikası üçün nanoelektrod əsaslı biosensorların hazırlanması istiqamətində elmi tədqiqatlar aparır. Əsas məqsədi doktorantura təhsili dövründə magistratura mərhələsində üzərində çalışdığı nanoelektrodların dizaynı və səth modifikasiyası istiqamətində apardığı tədqiqatları daha da inkişaf etdirməkdir.

BMU məzunu bildirib ki, məqsədi parkinson xəstəliyinin erkən diaqnostikasında istifadə oluna biləcək nanoelektrod əsaslı biosensor platformalarının hazırlanması və onların canlı hüceyrələrdə tətbiqinin araşdırılmasıdır. “Tədqiqatlarımız uğurlu nəticələr verərsə, bu texnologiyanın digər xəstəliklərin, o cümlədən xərçənglə bağlı araşdırmalarda da tətbiqini genişləndirməyi planlaşdırırıq. Eyni zamanda, elmi rəhbərimlə birlikdə gələcəkdə geyinilə bilən (wearable) biosensorların hazırlanması istiqamətində də tədqiqatlar aparmağı hədəfləyirik”, - deyə o qeyd edib.

Fatimeyi Zəhra Seyfiyeva doktoranturanı başa vurduqdan sonra xaricdə qazandığı bilik və təcrübəni Azərbaycana gətirərək ölkəmizdə bu sahənin inkişafına töhfə vermək istədiyini deyib: “Mənim bu sahəyə yönəlməyimdə və akademik inkişafımda Bakı Mühəndislik Universitetinin böyük rolu olub. Gələcəkdə universitetdə həm elmi-tədqiqat, həm də tədris fəaliyyətində iştirak etməyi, qazandığım bilik və təcrübəni bu sahəyə maraq göstərən gənclərlə bölüşməyi arzulayıram. Bununla yanaşı, universitetimizin müəllimləri və digər tədqiqatçılarla birlikdə layihələr həyata keçirməyi, yeni əməkdaşlıqlar qurmağı və ölkəmizdə biosensorlar sahəsinin inkişafına öz töhfəmi verməyi qarşıma məqsəd qoymuşam. Mənə göstərilən etimadı doğrultmaq, öyrəndiklərimi faydalı nəticələrə çevirmək və gələcəkdə Azərbaycan elminə dəyər qatmaq ən böyük hədəflərimdəndir”.скачать dle 11.3
Mojo.az Banner