Mojo.az — elanlar
RU
Son Xəbərlər
12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |     11:55 Kimlərin pensiyalarına əlavələr ediləcək və məbləğ nə qədər olacaq?  |     11:35 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davadan yeni görüntülər (Video)  |     11:30 Payızda yuxusuzluğun əsas səbəbləri açıqlandı  |     11:28 Şahbuzda ayılar yol kənarında görüntüləndi – Video  |     11:26 Abşeronda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" - Video  |     11:22 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb  |     11:07 Bakıda yolların birində hərəkət tam məhdudlaşdırılır  |     11:01 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal  |     23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ sakini lotereyada 1 milyard dollardan çox pul uddu

13.08.2026 19:43 327
ABŞ sakini lotereyada 1 milyard dollardan çox pul uddu
ABŞ-ın İllinoys ştatının sakini "Powerball” lotereyasının 1 milyard dolları aşan cekpotunun sahibi olub.

Bu barədə tirajın təşkilatçılarının rəsmi saytı məlumat yayıb.

Açıqlamaya görə, bu, lotereya tarixində səkkizinci ən böyük uduşdur. İllinoysda satılan bilet çərşənbə axşamı axşamı çıxan altı rəqəmin hamısı ilə tam uyğun gəlib və iştirakçıya 1,04 milyard dollar məbləğində mükafat qazandırıb. Bu cekpot cari ilin əvvəlindən "Powerball” çərçivəsində qeydə alınan ən böyük uduş olub.

Qalib vəsaiti iki üsuldan biri ilə əldə edə bilər: birdəfəlik 450,5 milyon dollar ödənişini seçə və ya 29 il ərzində illik ödənişlər nəzərdə tutan annuitet variantından yararlana bilər. Hər iki məbləğin vergiyə cəlb olunacağı bildirilir.

Müqayisə üçün, lotereyanın mütləq rekordu 7 noyabr 2022-ci ildə qeydə alınıb. Həmin vaxt 2,04 milyard dollarlıq cekpot Kaliforniya sakini Edvin Kastroya düşüb. Bütün vergilər ödənildikdən sonra onun əldə etdiyi məbləğ 1 milyard dollardan az olub.

///Qaynarinfo

Son xəbərlər