Sakinlər aidiyyəti qurumlardan kömək istəyir: "Yolumuzu bərpa etsinlər" – FOTOLAR
Bakının Xəzər r. Binə qəsəbəsi, Ş. İ. Xətai küçəsi ilə bağlı sakinlərdən şikayət daxil olub.
Sakinlər Median.Az saytının redaksiyasına müraciət edərək bildiriblər ki, küçədə aparılan kanalizasiya və suötürücü işlərindən sonra yolun vəziyyəti ciddi şəkildə pisləşib.
Sakinlərin sözlərinə görə, söhbət kifayət qədər işlək yoldan gedir. Küçədə böyük məktəb yerləşir, həmçinin Qala istiqamətinə gedən nəqliyyat üçün alternativ yol kimi istifadə olunur.
Şikayətçilər qeyd edib ki, məktəb fəaliyyətə başladıqdan sonra küçədə nəqliyyatın daha da artacağı gözlənilir.
Eyni zamanda, sakinlərin sözlərinə görə, küçənin yaxınlığında 44 günlük Vətən müharibəsində şəhid olan iki sakinin yaşadığı ev də yerləşir.
Sakinlər bildiriblər ki, Bakıda güclü yağışlar zamanı ərazidə evləri su basıb. Bunun qarşısını almaq məqsədilə aidiyyəti qurumlardan birinin əməkdaşları tərəfindən küçə boyunca borular çəkilib. Lakin işlərin görülməsindən sonra yol bərpa edilməyib.
“Güclü yağışlar zamanı evləri su basdı, suyun axmağa yeri olmadı. Şikayətlərdən sonra bura borular çəkildi ki, yağış suları əhalinin evlərini basmasın. Təxminən 500-600 metr məsafədə boru çəkdilər. Amma yol bu vəziyyətdə qaldı”, – deyə sakinlərdən biri deyib.
Şikayətçilər əlavə edib ki, hazırda küçədə avtomobillərin hərəkəti çətinləşib. Xüsusilə məktəblərin açılmasından sonra vəziyyətin daha da ağırlaşacağından narahatdırlar.
“Bu yol çox işləkdir. Buradan avtobuslar keçir, Heydər Əliyev prospektinə və Mərdəkan istiqamətinə alternativ yoldur. İndi belə sıxlıq yaranırsa, məktəb açılanda vəziyyət necə olacaq?” – deyə sakinlər vurğulayıb.
Şikayətçilər həmçinin görülən işlər zamanı yaranan tozdan da narazıdırlar. Onlar bildiriblər ki, küçəyə baxan ev və obyektlərdə yaşayan insanlar, xüsusilə səhhətində problem olan şəxslər bundan əziyyət çəkirlər.
“İki xəstəsi olan ev var. Toz-duman hər yeri bürüyüb. Küçəyə baxan evlərdə insanlar əziyyət çəkirlər. Bizim istəyimiz sadəcə budur ki, iş görülürsə, yol da əvvəlki vəziyyətinə gətirilsin”, – deyə digər sakin bildirib.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların bir-birinə yönləndirməsindən də narazıdırlar. Onların sözlərinə görə, yolun hansı qurumun balansında olması müəyyənləşdirilməli və problemin həlli üçün konkret addımlar atılmalıdır.
“İcra hakimiyyətinin işçiləri burada işləmirlər. Amma yolun kimə aid olduğunu onlar da müəyyənləşdirə, bizi aidiyyəti quruma yönləndirə bilərlər. Əsas odur ki, bu məsələ həll olunsun”, – deyə sakin əlavə edib.
Sakinlər yolun tezliklə bərpa olunmasını və küçədə təhlükəsiz nəqliyyat hərəkətinin təmin edilməsini xahiş edirlər.
Qeyd edək ki, sakinlər redaksiyaya küçənin və aparılan işlərin vəziyyətini əks etdirən fotolar da təqdim ediblər.

Dəniz Pənahova
Median.Az