Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO

17.05.2024 12:38 1 035
Bakıda sakinlər kafelərdən narazıdırlar: “Söyür, qapılarımızdan tualet kimi istifadə edirlər” - VİDEO
Bakının Xəzər rayonunda sakinlər bir sıra kafelərin fəaliyyətindən narazıdırlar.

Bu barədə oxu.az-a vətəndaşlar tərəfindən daxil olan şikayətdə qeyd edilib.

Daha dəqiq desək, söhbət Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivindən gedir. Sakinlər iddia edirlər ki, kafelərdə qeyri-etik davranışlara yol verilir:

“Hər gün axşam saatlarında, xüsusilə gecə həmin ərazidən yüksəkdən danışıq, mübahisə və dava-dalaş səsləri gəlir. Hətta oradan çıxan sərxoş müştərilər magistral yolun ortası ilə gedərək nalayiq sözlər işlədirlər. Sərxoşlar sakinlərin qapılarından tualet kimi istifadə edirlər. Biz etiraz bildirəndə isə söyür, təhqir edirlər. Gecə saatlarında qadınların qışqırıq səslərindən, nalayiq sözlərindən yuxumuz ərşə çəkilib. Əraziyə yaxın yerdə 216 saylı tam orta məktəb də var. Bu vəziyyət o yoldan istifadə edən uşaqlar üçün də yaxşı hal hesab edilmir”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna yaşayış massivində yerləşən həmin kafedə gecə saatlarında musiqinin yüksək tonla səsləndirilməsi və digər neqativ hallarla bağlı ətrafda yaşayan sakinlərdən daxil olan şikayətlər nəzərə alınıb:

“Aidiyyəti üzrə obyektin yerləşdiyi ünvanda Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən profilaktik tədbir keçirilib. Tədbir zamanı kafedə bir sıra qanun pozuntuları və ictimai asayişin pozulması halları aşkar olunub. Bu səbəbdən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati protokollar tərtib edilib və kafenin fəaliyyəti dayandırılıb”.скачать dle 11.3
Mojo.az Banner