Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Kolumbiyada matəm elan olundu

12.08.2026 17:06 477
Kolumbiyada matəm elan olundu
Kolumbiyada dağıdıcı zəlzələnin qurbanlarının xatirəsinə üç günlük milli matəm elan edilib.

Bu barədə "BluRadio2" radiostansiyası hökumət qərarına istinadən məlumat verib.

Məlumata görə, matəm müddətində hökumət qurumları binalarında, eləcə də Kolumbiyanın xaricdəki səfirliklərində və konsulluq nümayəndəliklərində bayraqlar endiriləcək.

Xatırladaq ki, avqustun 10-da Kolumbiyanın qərbindəki Çoko departamentində San-Xose-del-Palmar şəhəri yaxınlığında 7,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 254 nəfər həlak olub. Bir neçə icmalarda elektrik kəsilib ki, bu da xilasetmə əməliyyatlarını və yardım çatdırılmasını çətinləşdirir.

Son xəbərlər