Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurban Qurbanov: "Yavaş-yavaş səbrim tükənir"

12.08.2026 14:49 363
Qurban Qurbanov:
"İnanın ki, illər məni səbirdən çıxarıb".

Bu fikirləri "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov "Dinamo" ilə oyundan əvvəl keçirilən mətbuat konfransında "Cəbrayıl "Dinamo" ilə ilk oyunda qırmızı vərəqə ilə cəzalandırıldı və ona sakit yanaşdınız, səbəbi nə idi?" sualına cavab olaraq bildirib.

Baş məşqçinin illər əvvəl Kevin Medina və Miçel Madeyra qırmızı vərəqə ilə meydandan qovulanda onlara çox sərt reaksiya verdiyi xatırladılıb:

"Yavaş-yavaş səbrim tükənir. Orada oyun epizodları var. Futbolçu üçün gözlənilməz qırmızı vərəqədir, rəqibi görmürsən, səni qabaqlayır. Bu cür epizodlarda penalti də olur. Həmin epizod fərqli idi. Medina Ağadadaş Salyanskiyə qarşı sərt oynamışdı. Ona görə əsəbiləşmişdim. Miçelə nə qədər əsəbiləşsəm də, ən çox sevdiyim oyunçulardan biri olub. Məşqlərdə də çox danışırdı, işini 100 faiz yerinə yetirirdi. Ona bildirmişdim ki, qarşıda vacib oyun var, vərəqəyə diqqətli yanaşmalıyıq. Miçelə ona görə əsəbiləşmişdim. Adam bəzən sadə epizodlara görə əsəbiləşir".

Xatırladaq ki, UEFA Konfrans Liqası çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo Kiyev" matçı sabah saat 20:00-da start götürəcək.

İlk oyun rəqibin 1:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Son xəbərlər