Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Etna minlərlə turistin səfərini pozdu

11.08.2026 21:26 336
Etna minlərlə turistin səfərini pozdu
İtaliyanın Siciliya adasında Etna vulkanının püskürməsi hava nəqliyyatında ciddi problemlərə səbəb olub.

Vulkanın yaratdığı kül buludu səbəbindən Kataniya hava limanında 200-dən çox reys təxirə salınıb və ya başqa hava limanlarına yönləndirilib. Nəticədə minlərlə turist, o cümlədən çoxsaylı xarici vətəndaşlar adada qalıb.

Hündürlüyü 3300 metrdən çox olan Etnadan artıq beşinci gündür kül və közərmiş qaya parçaları ətrafa yayılır. Vulkanın müxtəlif hissələrində lava axınları müşahidə olunur, gecə saatlarında isə təxminən 1900 metr yüksəklikdə yeni krater açılıb.

Hazırda Kataniya hava limanında ən yüksək - qırmızı xəbərdarlıq səviyyəsi qüvvədədir. Səhər yalnız bir daxili reysin həyata keçirilməsinə icazə verilib, bütün enişlər isə saat 19:00-dək dayandırılıb. Uçuşların bərpası kül buludunun vəziyyətindən, xüsusilə küləyin istiqamətindən və havadakı külün miqdarından asılıdır.

Məlumata görə, vulkanın püskürməsindən təxminən 30 min insan təsirlənib. Bir çox sərnişin Palermo hava limanından və ya qatarla adadan çıxmağa çalışır. Lakin alternativ nəqliyyat vasitələrində yerlər sürətlə tükənib, bəzi turistlər gecəni hava limanında keçirməli olublar.

Etna dünyanın ən aktiv vulkanlarından biridir və onun fəaliyyəti onilliklərdir xüsusi nəzarətdə saxlanılır. Vulkan külü təyyarələrin mühərrikləri üçün təhlükə yaratdığından Kataniya hava limanında uçuşların məhdudlaşdırılması ilk növbədə sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.

Son xəbərlər