Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Etna yenidən fəallaşdı: Lava və kül gecəni işıqlandırdı

19.04.2025 21:32 807
Etna yenidən fəallaşdı: Lava və kül gecəni işıqlandırdı
İtaliyanın Siciliya adasında yerləşən və Avropanın ən hündür aktiv vulkanı olan Etna aprel ayının əvvəlindən bəri müşahidə olunan aktivliyə ötən axşam daha bir partlayış əlavə edib.

Etna vulkanının 2900 metr hündürlükdə yerləşən cənub-şərq kraterində, axşam yerli vaxtla saat 19:00 radələrində başlayan vulkanik fəaliyyət gecə boyunca davam edib. Kraterdən yüksələn lavalar vulkanın cənub-şərq yamacı boyunca üç istiqamətdə axmağa başlayıb.

Vulkanik partlayışların yaratdığı güclü səs-küy ətraf kəndlərdə aydın şəkildə hiss olunub. Yerli əhali gecə boyu bu təbii mənzərəni izləyib.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsi Etna yanardağında artan aktivliyi təsdiqləyib. Həmçinin, bölgə üzərindən keçən aviasiya uçuşları üçün "narıncı" xəbərdarlıq kodu elan olunub. Lakin bu ana qədər Kataniya "Fontanarossa" hava limanında uçuşların normal rejimdə davam etdiyi bildirilib.

Təxminən 3300 metr hündürlüyə malik olan Etna vulkanında baş verən bu son partlayış aprel ayında qeydə alınan dördüncü vulkanik aktivlikdir. Bənzər hərəkətlilik bu ilin fevral ayında da müşahidə olunmuşdu.
//qaynar

Son xəbərlər