Onlayn alış-verişlə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) vətəndaşlara onlayn alış-verişlə bağlı xəbərdarlığında bildirilib.
Qeyd olunub ki, bu kimi halların qarşısının alınması məqsədilə vətəndaşlara internet və sosial şəbəkələrdə rastlaşdıqları satış səhifələrinin etibarlılığını əvvəlcədən yoxlamaq, tanımadıqları və etibar etmədikləri şəxslərdən məhsul sifariş etməmək, xüsusilə əvvəlcədən ödəniş tələb edilən təkliflərə diqqət yetirmək tövsiyə olunur.
"Məhsul sifariş etməzdən və ödəniş həyata keçirməzdən əvvəl satıcı barədə məlumatların, əlaqə vasitələrinin və təqdim olunan səhifənin həqiqiliyinin yoxlanılması vacibdir. Etibar etmədiyiniz və ya həqiqiliyinə əmin olmadığınız səhifə və saytlara ödəniş etməyin, bank kartı məlumatlarınızı, CVV/CVC-kodunu, SMS vasitəsilə göndərilən təsdiq kodlarını və digər məxfi məlumatları üçüncü şəxslərlə paylaşmayın.
Kiberdələduzluq halları ilə qarşılaşdıqda dərhal DİN-in "102" xidməti-zəng mərkəzinə və ya nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin", -deyə məlumatda vurğulanıb.
