Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi məhsullar bahalaşacaq – SİYAHI

10.08.2026 21:13 288
Bəzi məhsullar bahalaşacaq – SİYAHI
Əsas taxıl ixracı dəhlizləri ilə bağlı yenidən artan narahatlıqlar və mühüm kənd təsərrüfatı regionlarında əlverişsiz hava şəraiti iyul ayında qlobal ərzaq qiymətlərini son üç ildən artıq müddətin ən yüksək səviyyəsinə çatdırıb.

Hansı məhsullar bahalaşıb?

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu gün açıqladığı hesabata əsasən, təşkilatın qlobal ərzaq qiymətləri indeksi iyul ayında əvvəlki ayla müqayisədə 0,6% artıb. Artıma əsasən taxıl, şəkər və bitki yağları üzrə qiymət yüksəlişi təkan verib. 

Qlobal ərzaq bazarlarında diqqət hazırda ABŞ–İran qarşıdurmasının yaratdığı ilkin şokdan sonra məhsuldarlıqla bağlı risklərə, ticarət qeyri-müəyyənliyinə və davam edən əlverişsiz hava şəraitinə yönəlib.

Rusiya və Ukrayna arasında hücumların intensivləşməsi Qara dəniz regionundan taxıl ixracı ilə bağlı narahatlıqları artırır.

Bu amil iyun ayında buğda qiymətlərinin son iki ilin ən yüksək səviyyəsinə yüksəlməsinə səbəb olub. Eyni zamanda, Avropada müşahidə olunan güclü istilər taxıl sahələrinə ciddi zərər vurur və region tarixinin ən zəif məhsul mövsümlərindən biri ilə üzləşə bilər. ABŞ-ın əsas kənd təsərrüfatı bölgələrində davam edən quraqlıq isə qarğıdalı və soya istehsalı üçün əlavə risk yaradır.

Analitiklər hesab edirlər ki, güclü El-Ninyo hadisəsi (Sakit Okean sularının temperaturunun artmasına təkan verən fenomen – red.) ehtimalı, gübrə tədarükündəki fasilələr və İran ətrafındakı geosiyasi gərginlik fonunda yüksələn enerji qiymətləri qlobal ərzaq bazarını yeni istehsal və tədarük riskləri ilə üz-üzə qoyur. 

Bu amillər yaxın aylarda ərzaq qiymətləri üzərində təzyiqin davam etməsinə səbəb ola bilər.

Mövzuyla bağlı Bizim.Media-ya danışan iqtisadçı Natiq Cəfərli deyib ki, ölkəmizdə ərzaq və qeyri-ərzaq qiymətlərində infilyasiyanı müşahidə edirik:

"Hər kəs bilir ki, biz idxaldan asılı ölkəyik. Belə vəziyyətdə dünyada qiymətlər qalxırsa, deməli bizim ölkəmizdə də qiymətlər yüksələcək. Gündəlik ərzaq məhsullarının yarıdan çoxunu idxal edirik, qeyri-ərzaqda asılılıq daha böyükdür. Dərmanlarda 90-95, geyimdə 80 faizə yaxın,məişət avadanlıqları - elektrotexnikada 100 faiz idxaldan asılıyıq. Ona görə də qlobal bazarda istənilən qiymət artımı anındaca ölkəmizin istehlak bazarına təsir edir. Bu mənada yaxın zamanda qeyd edilən məhsullarda qiymət artımını görə bilərik”.

Son xəbərlər