Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi

10.08.2026 12:27 498
Litvanın yeni baş naziri Azərbaycan Prezidentinə zəng etdi
Avqustun 10-da Litva Respublikasının Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Median.Az
AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd edilib. Bu xüsusda, Litva Respublikasının sabiq baş naziri İnqa Ruqinienenin bu ilin aprelində ölkəmizə səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.

Dövlətimizin başçısı Mindauqas Sinkeviçyusu baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib.

Mindauqas Sinkeviçyus təbriklərə görə təşəkkürünü ifadə edərək, baş nazir kimi ikitərəfli əlaqələrimizin inkişafını daim diqqətdə saxlayacağını bildirib.

Telefon danışığı əsnasında Azərbaycan ilə Litva arasında enerji sahəsində əməkdaşlıq, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması, ticarət dövriyyəsinin artırılması məsələləri müzakirə olunub.

Litvanın baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Telefon söhbəti zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə olunub, son dövrlərdə həyata keçirilmiş yüksəksəviyyəli təmasların əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyi qeyd edilib. Litvanın Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının inkişafına daim dəstək verdiyi vurğulanıb.

Azərbaycan Prezidenti və Litvanın baş naziri, həmçinin beynəlxalq arenada mövcud vəziyyətə dair fikir mübadiləsi aparıblar.

Son xəbərlər