İmişlidə balıqçı Araz çayında boğuldu
İmişli rayonunda 29 yaşlı kişi balıq tutarkən boğulub.
Hadisə Araz çayının rayonun Göbəktala kəndinin ərazisindən keçən hissəsində baş verib.
Şəhər sakini 1997-ci il təvəllüdlü Elgün Vahid oğlu Həsənov çayda balıq tutarkən ehtiyatsızlıqdan çaya yıxılıb. O, çayda boğulub ölüb.
E.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
//oxu.az