Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

Vaxtilə populyar olan sosial şəbəkə yenidən işə salına bilər

10.08.2026 11:43 582
Vaxtilə populyar olan sosial şəbəkə yenidən işə salına bilər
"MySpace" sosial şəbəkəsinin sahibi olan amerikalı sahibkarlar Tim və Kris Vanderhuk qardaşları platformanı yenidən işə salmağı planlaşdırdıqlarını açıqlayıblar.

Median.Az
CNBC-yə istinadən xəbər verir ki, onlar bu barədə "MySpace"in tarixindən bəhs edən eyniadlı sənədli filmdə danışıblar.

"Biz hələ də "MySpace"in sahibiyik. Brendi qoruyub saxlayırıq və onu yenidən işə salmaq istəyirik. Sadəcə, uyğun vaxtı gözləyirik", - deyə onlar bildiriblər.

Qardaşların sözlərinə görə, platformanı yeniləmək üçün əvvəlki cəhdlər uğursuz olub və ümumilikdə 150 milyon dollardan çox itki ilə nəticələnib.

Qeyd edək ki, "MySpace" 2003-cü ildə amerikalı texnologiya investorları Tom Anderson və Kris DeVulf tərəfindən yaradılıb. Sosial şəbəkə populyarlığının zirvəsində, 2008-ci ilin aprelində ayda 115 milyon istifadəçi tərəfindən ziyarət edilirdi. Lakin sonradan digər sosial şəbəkələrin rəqabəti qarşısında mövqeyini itirib. Vanderhuk qardaşları "MySpace"i 2011-ci ildə alıblar. Hazırda platformanın aylıq auditoriyası təxminən 6 milyon nəfərdir.

Nəşrin qeyd etdiyi kimi, yenilənmiş "MySpace" nostaljidən və ənənəvi sosial şəbəkələrə qarşı narazılıqdan yararlanmağa çalışa bilər. "Forrester" şirkətinin analitiki Keyt Vinnik hesab edir ki, bu ideya alqoritmlərin insanların həyatına daha az müdaxilə etdiyi dövrə olan nostaljini əks etdirir. Bununla belə, ekspertlərin fikrincə, platformanın populyar sosial şəbəkələrlə rəqabət aparması və reklamverənləri cəlb etməsi çətin ola bilər.

Son xəbərlər