Mojo.az Banner
20:27 Azərbaycanda icra başçısı olmayan rayonların sayı 6-ya çatdı  |     20:21 Azərbaycanda dəmir yolları ilə yük daşımaları artıb  |     20:16 İşdən çıxarılan icra başçısı kimdir? - DOSYE  |     20:08 Məhkuma poçtla göndərilən bağlamada narkotik aşkarlandı - FOTO  |     20:01 Bu şəxslər Azərbaycanda 15 gündən çox qaldıqda qeydiyyata alınacaqlar  |     20:01 Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA  |     19:56 Cəlilabadda yaşayış evi yandı  |     19:56 Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək  |     19:51 Bu apellyasiya şikayətlərinə hakim tərəfindən təkbaşına baxıla biləcək  |     19:48 Təcili yardımın əməkdaşı vəfat edib - FOTO  |     19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |    
Mojo.az Avto
Mojo.az Avto

Qarpız pendir-çörəklə yeyiləndə zərərlidir? – Mütəxəssisdən AÇIQLAMA

08.08.2026 14:20 1 566
Qarpız pendir-çörəklə yeyiləndə zərərlidir? – Mütəxəssisdən AÇIQLAMA
Rusiyalı tibb elmləri namizədi, həkim-diyetoloq Darya Rusakova qarpızın çörəklə birlikdə qəbulunun qan şəkərinin sürətlə yüksəlməsinə və həzm problemlərinə səbəb ola biləcəyini bildirib. Bəs Azərbaycanda uzun illərdir davam edən qarpızı pendir və çörəklə yemək ənənəsi həqiqətən zərərlidirmi, yoxsa orqanizm bu qida kombinasiyasına uyğunlaşa bilir?

Median.Az bu sualı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovaya ünvanlayıb.
Məhsəti Hüseynov bildirib ki, Azərbaycanda qarpızın pendir və çörəklə birlikdə yeyilməsi uzun illərdir formalaşmış qida ənənəsidir və bu kombinasiyanın sağlam insanlar üçün təhlükəli olduğuna dair elmi əsas yoxdur.
Onun sözlərinə görə, həzm sistemi ilə bağlı problemi və ya hər hansı qidaya qarşı həssaslığı olmayan şəxslərdə qarpızın pendir və çörəklə birlikdə qəbul edilməsi sağlamlıq üçün risk yaratmır.

Mütəxəssis qeyd edib ki, 100 qram qarpızın tərkibində təxminən 30 kkal, 7,5 qram karbohidrat və 6,2 qram təbii şəkər var, meyvənin 91 faizini isə su təşkil edir. Qarpızın qlisemik indeksi yüksək görünsə də, normal porsiyada (120–150 qram) qəbul edildikdə karbohidrat miqdarı təxminən 9–12 qram təşkil edir və qlisemik yük aşağı səviyyədə qalır.

Məhsəti Hüseynov vurğulayıb ki, əsas məsələ qarpızın hansı qidalarla birlikdə yeyilməsi deyil, onun miqdarıdır. Onun sözlərinə görə, bir qida qəbulu zamanı 120–150 qram qarpız, bir dilim (40–50 qram) çörək və 1–2 dilim pendir istehlak edilməsi sağlam insan üçün zərərli hesab olunmur.

Ekspert əlavə edib ki, xüsusilə ağ çörək qlisemik indeksi yüksək olan qidalardandır və qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Buna görə də qidaların porsiyasına və ümumi qəbul edilən karbohidrat miqdarına nəzarət etmək daha vacibdir.

Məhsəti Hüseynovanın fikrincə, qarpızla birlikdə qəbul edilən pendir zülal tərkibli qida olduğundan porsiya düzgün seçildiyi halda sağlamlıq üçün problem yaratmır.

O, sonda deyib ki, həm qarpızın, həm də digər qidaların miqdarı normadan artıq olduqda, bu, sağlamlıq baxımından müəyyən fəsadlara səbəb ola bilər.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner