Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat

06.08.2026 21:36 402
Son 15 ildə AÇG yatağından nə qədər neft hasil olunub? - İllər üzrə hasilat
Bu ilin ilk yarısında "Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında ümumilikdə 59 milyon barel (8 milyon ton) və ya gündə orta hesabla 323 min barel neft hasil edilib.

Bu barədə "BP-Azərbaycan” şirkəti məlumat yayıb.

Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə ümumi neft hasilatı təxminən eyni səviyyədə qalsa da, gündəlik neft hasilatında isə 1,2% azalma olub.

Onu da bildirək ki, 14 il əvvəl – 2012-ci ilin eyni dövrü ilə müqayisədə isə hasilat 2,1 dəfə aşağı düşüb.

2026-cı ilin ilk yarısında AÇG-də ümumilikdə 150 neft hasilat quyusu və 52 qaz və su injektor quyusu istismarda olub.

Son 15 ildə AÇG yatağında neft hasilatı belə olub:

2012-ci ilin ilk yarısı – 124,5 milyon barel;
2013-cü ilin ilk yarısı – 122 milyon barel;
2014-cü ilin ilk yarısı – 118,8 milyon barel;
2015-ci ilin ilk yarısı – 116 milyon barel;
2016-cı ilin ilk yarısı – 119 milyon barel;
2017-ci ilin ilk yarısı – 106 milyon barel;
2018-ci ilin ilk yarısı – 108 milyon barel;
2019-cu ilin ilk yarısı – 98 milyon barel;
2020-ci ilin ilk yarısı – 91 milyon barel;
2021-ci ilin ilk yarısı – 85 milyon barel;
2022-ci ilin ilk yarısı – 77 milyon barel;
2023-cü ilin ilk yarısı – 68 milyon barel;
2024-cü ilin ilk yarısı – 61 milyon barel;
2025-ci ilin ilk yarısı – 59 milyon barel;
2026-cı ilin ilk yarısı – 59 milyon barel.

Son xəbərlər