Mojo.az Banner
12:53 Avqustun 13-dən sonra toy edəcəklərin nəzərinə  |     12:45 Abşeronda yanacaqdoldurma məntəqəsinin ərazisində YANĞIN  |     12:39 Dənizə getməzdən əvvəl oxuyun - 10 vacib qayda  |     12:31 Səhv müdaxilə Azərbaycanda futbolçunun karyerasını bitirdi - VİDEO  |     12:25 Şəmkirdə iki yük avtomobili TOQQUŞUB - XƏSARƏT ALAN VAR  |     12:12 Astaranın iki kəndində qaz kəsiləcək  |     12:07 "Sabah"ın Çempionlar Liqasındakı oyunu hansı kanalda yayımlanacaq?  |     11:59 Azərbaycan nefti yenə KƏSKİN UCUZLAŞDI  |     11:54 Netanyahu: "HƏMAS tərk-silah edilmədən Qəzzadan geri çəkilməyəcəyik"  |     11:45 Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu  |     11:40 Çində 18-ci mərtəbədən yıxılan 20 yaşlı qız sağ qalıb  |     11:34 Yay mövsümündə avtomobil sürdükdən sonra niyə radiatoru təmizləmək vacibdir? - Mütəxəssisdən açıqlama  |     11:20 İndoneziya sahillərində güclü zəlzələ baş verib  |     11:15 Britaniya həbsxanalarında yer çatışmır: Məhbuslar vaxtından əvvəl azadlığa buraxılırlar  |     11:07 Prodüser reper Kanye Uesti məhkəməyə verdi  |     11:01 Bakının bu ərazilərində işıq olmayacaq  |     11:00 38 yaşlı kişi sevgilisinin evinə gəldi, qızına təcavüz etdi - Saatlıdakı cinayətin TƏFƏRRÜATI  |     23:00 Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...  |     22:51 Paytaxtda usta iş yerində öldü  |     22:44 Evdə ayaqyalın gəzməyin  |    
Left Banner
Right Banner

Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu

05.08.2026 11:45 120
Qayınatasını yumruqla vuraraq öldürən şəxsə hökm oxundu
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində qayınatasını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən şəxs Orxan Kərimzadənin (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Median.Az
Pravda.az-a istinadla xəbər verir ki, sonuncu keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2025-ci ilin sentyabrın 26-da Xaçmaz rayonunun Xudat şəhərində baş verib.

Belə ki, təqsirləndirilən şəxs ailə münaqişəsi zəminində qayınatası, zərərçəkmiş İlham Məcidovla (soyadı şərtidir) yaranmış mübahisə zamanı ona qəsdən yumruq zərbəsi endirərək öldürüb.

İş materiallarına əsasən, hadisə günü zərərçəkmiş şəxs həyat yoldaşı ilə birlikdə qızının yaşadığı evə gəlib. Ailədaxili mübahisə zamanı Orxan Kərimzadə qayınatasının sol sinə nahiyəsinə yumruq zərbəsi vurub. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, zərərçəkmişin döş qəfəsinin ön səthində yumşaq toxumalara qansızma, qalxan aortanın cırılması kimi həyat üçün təhlükəli ağır xəsarətlər yaranıb. O, döş qəfəsinin küt travması nəticəsində aortanın cırılması ilə əlaqədar baş vermiş kəskin daxili qanitirmədən ölüb.

Məhkəmədə ifadə verən Orxan Kərimzadə özünü yalnız qismən təqsirli bildiyini deyib. O, hadisədən əvvəl həyat yoldaşı ilə ailədaxili mübahisə yaşandığını və həmin zaman ona xəsarət yetirdiyini etiraf etsə də, qayınatasına qarşı zor tətbiq etmədiyini deyib.

Orxanın sözlərinə görə, hadisə günü qayınatası və qayınanası həyat yoldaşını aparmaq məqsədilə yaşadıqları evə gəliblər. Qayınanası ilə sözlü mübahisəsi olsa da, qayınatası ilə heç bir mübahisəsi olmayıb.

Təqsirləndirilən şəxs qeyd edib ki, İlham Məcidov həyətdən çıxarkən qəfil sinəsini tutaraq diz çöküb və yerə yıxılıb. O, hadisədən sonra qayınatasına kömək etdiyini, dilini boğazından çıxardığını və təcili tibbi yardım gələnədək yanında olduğunu deyib.

Orxan həmçinin vurğulayıb ki, qayınatası bir neçə ay əvvəl açıq ürək əməliyyatı keçirmişdi və ölümün səbəbinin həmin sağlamlıq problemi ilə əlaqəli olduğunu düşünür.

Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq mərhələsində verdiyi ifadələr də elan olunub. Çünki onun məhkəmədə dedikləri ilə istintaq zamanı verdiyi ifadələr arasında müəyyən ziddiyyətlər müəyyən edilib.

İstintaq zamanı verdiyi ifadəsində Orxan bildirib ki, ailədə əsas problemlər qayınanasının müdaxilələri səbəbindən yaranıb. Hadisədən əvvəl həyat yoldaşını döydüyünü etiraf edən təqsirləndirilən şəxs bununla bağlı peşman olduğunu desə də, qayınatasını vurduğunu yenə də inkar edib.

O, ekspertiza rəyini də qəbul etmədiyini, İlham Məcidova heç bir zərbə endirmədiyini və ölüm hadisəsinin onun hərəkətləri ilə bağlı olmadığını bildirib.

Məhkəmədə zərərçəkmiş qismində dindirilən mərhumun qızı isə tamamilə fərqli ifadə verib.

Onun sözlərinə görə, hadisədən bir gün əvvəl həyat yoldaşı Orxan onu döyüb və bu səbəbdən valideynlərini çağırıb. Valideynləri evə gəldikdən sonra mübahisə yenidən alovlanıb.

Zərərçəkmiş bildirib ki, təqsirləndirilən şəxs əvvəlcə valideynlərini təhqir edib, daha sonra onu zorla aparmağa çalışıb. Atası qızını qorumaq üçün qarşısına keçən zaman Orxan onun sinə nahiyəsinə yumruq zərbəsi vurub. Mərhum əvvəlcə ayaq üstə qalsa da, bir qədər sonra həyətdə yerə yıxılıb.

Zərərçəkmişin sözlərinə görə, atası yerə yıxıldıqdan sonra Orxan da hadisə yerinə yaxınlaşıb və yardım göstərməyə çalışıb.скачать dle 11.3
Mojo.az Banner