Mojo.az Banner
23:00 Çox qəhvə içmək risklidir: ürək döyüntüsü, təzyiq...  |     22:51 Paytaxtda usta iş yerində öldü  |     22:44 Evdə ayaqyalın gəzməyin  |     22:34 Azərbaycanda 40 dərəcə istilər artıq normaya çevrilir? - Meteoroloqdan açıqlama  |     22:27 Yarım milyon manatdan artıq dələduzluqda təqsirləndirilən əcnəbiyə hökm oxundu  |     22:22 Alim Qasımov açıq ürək əməliyyatı olunan Aqil Məlikovu ziyarət etdi (FOTO)  |     22:14 Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)  |     22:09 Füzulidə geniş ərazidə yanğın başlayıb  |     22:00 Kirayə mənzillər 16 dəqiqə 22 saniyə ərzində seçilib - Birgə məlumat  |     21:51 Dondurma yayda ən yaxşı sərinləşdirici qidadır? - VİDEO  |     21:44 Şirvan Kərimov Samara vilayətinin İctimai Palatasından çıxarıldı  |     21:33 Türkiyənin ilk astronavtına general rütbəsi verildi  |     21:31 Gimnaziyanın 9-cu sinif şagirdi vəfat etdi  |     21:26 Türkiyədə tanınmış teleaparıcı həbs edildi  |     21:17 Tanınmış həkimin səs yazısı yayıldı - İDDİA (Audio)  |     21:13 Gecə klubunun qarşısında QƏTL - Detallar AÇIQLANDI  |     21:05 14 yaşlı oğlan kanalda boğuldu  |     20:59 Daha bir "Wildberries" kompleksi vuruldu  |     20:53 Putin Nikolay Baskova orden verdi  |     20:48 Qonşusunu döyərək hədə-qorxu gələn qadın bəraət aldı  |    
Left Banner
Right Banner

Azərbaycanda 40 dərəcə istilər artıq normaya çevrilir? - Meteoroloqdan açıqlama

04.08.2026 22:34 117
Azərbaycanda 40 dərəcə istilər artıq normaya çevrilir? - Meteoroloqdan açıqlama
Bu yay Azərbaycanda bir sıra bölgələrdə havanın temperaturu 40°C-dən yuxarı qeydə alınıb. Son illər isə belə yüksək temperatur demək olar ki, hər yay müşahidə olunur. Mütəxəssislər hesab edirlər ki, isti hava dalğalarının təkrarlanması artıq təsadüfi hal deyil.

Bəs 40 dərəcədən yuxarı temperatur Azərbaycanda yeni iqlim norması hesab oluna bilərmi? Bu, qlobal iqlim dəyişikliyinin nəticəsidir, yoxsa müvəqqəti hava hadisəsi kimi qiymətləndirilməlidir?

Mövzu ilə bağlı Qaynarinfo-ya danışan meteoroloq Cavid Hüseynov bildirib ki, Azərbaycanda yay aylarında havanın temperaturunun 40°C və daha yuxarı səviyyəyə çatması ilə bağlı suallar hazırkı qlobal və regional iqlim tendensiyaları baxımından son dərəcə aktualdır.

Onun sözlərinə görə, Azərbaycanda yay aylarında havanın temperaturunun 40°C və daha yuxarı səviyyələrə yüksəlməsinin, həmçinin bu fenomenin təkrarlanma tezliyinin artmasının iki əsas elmi səbəbi var:

"Birinci səbəb qlobal iqlim dəyişikliyinin atmosfer sirkulyasiyasında yaratdığı makro-dinamika, ikinci səbəb isə Azərbaycanın coğrafi mövqeyindən irəli gələn regional sinoptik şəraitdir".

Meteoroloq qeyd edib ki, son illər 40°C-lik temperatur göstəricisi əvvəlki dövrlərlə müqayisədə daha tez-tez müşahidə olunur:

"Havanın maksimal temperaturunun 40°C-lik həddi tarixi olaraq "ekstremal" və ya "maksimal" göstərici kimi qeyd edilsə də, son illərdə bu rəqəmin daha tez-tez və daha uzunmüddətli müşahidə olunması onu sadəcə bir anomaliya deyil, artıq yay mövsümündə mütəmadi rast gəlinən və qaçılmaz olan gözlənilən təbiət hadisələrindən biri kimi qəbul edilir".

Cavid Hüseynovun sözlərinə görə, qlobal iqlim dəyişikliyi isti hava kütlələrinin regiona daxil olma tezliyini və intensivliyini artırır:

"Qlobal iqlim dəyişikliyi atmosfer sirkulyasiyasının daxili dinamikasını və təzyiq sahələrini dəyişməklə, nəticədə, bu cür yüksək temperaturlu isti hava kütlələrinin regionumuza daxil olma tezliyi, sürəti və intensivliyi kəskin şəkildə artır. Regional miqyasda 40°C-dən yuxarı temperaturların qeydə alınması, əsasən, cənub və cənub-qərb istiqamətlərindən (İran yaylası, Ərəbistan yarımadası və Şimali Afrika) ölkə ərazisinə daxil olan quru tropik hava kütlələri ilə əlaqələndirilir".

Ekspert bildirib ki, temperaturun yüksəlməsi təkcə istilərlə məhdudlaşmır, eyni zamanda su ehtiyatları və kənd təsərrüfatı üçün də ciddi risklər yaradır:

"Temperaturun kəskin yüksəlməsi fonunda potensial buxarlanmanın (evapotranspirasiya) artması rütubət çatışmazlığı indeksini dərinləşdirir. Bu proses rütubətlənmə əmsalının azalmasına, torpağın aktiv rütubət ehtiyatının tükənməsinə və regional aridləşmənin (səhralaşmanın) sürətlənməsinə birbaşa təsir edir. Transsərhəd çayların axımının azalması və regional su stresi kənd təsərrüfatının aqroklimatoloji potensialını ciddi şəkildə məhdudlaşdırır".

Meteoroloq hesab edir ki, mövcud vəziyyət uzunmüddətli uyğunlaşma tədbirlərinin həyata keçirilməsini zəruri edir:

"Azərbaycanda müşahidə olunan yeni iqlim mərhələsi uzunmüddətli adaptasiya strategiyalarının hazırlanmasını tələb edir. Su ehtiyatlarının səmərəli idarə edilməsi, kənd təsərrüfatında quraqlığa davamlı sortların tətbiqi, şəhərsalmada yaşıllıq zonalarının artırılması ("istilik adası" effektinin azaldılması) və alternativ enerji mənbələrinə keçid ölkəmizin bu yeni ekoloji reallığa uyğunlaşmasında əsas prioritetlər olmalıdır".
скачать dle 11.3
Mojo.az Banner