Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:59 Xudatda olay: Hərəkətdə olan “Hyundai” alışdı (VİDEO) | 22:51 Tayland turist vergisi tətbiq edəcək | 22:43 Qurudulmuş meyvələr hər kəs üçün faydalı deyil – Həkimdən xəbərdarlıq | 22:35 Nərmin Abdinova Avropa çempionu oldu | 22:20 Putin Qırğızıstan prezidenti ilə görüşdü | 22:10 Azərbaycan taekvondoçusu Adil Kazımlı Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib | 22:02 Maşında musiqiyə qulaq asanlar cərimələnəcək | 21:50 Bakıda iri mağazalar şəbəkələrinin yerləşdiyi küçədə hərəkət iflic oldu: Yağış suları yolları keçilməz etdi - Video | 21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi |
Mojo.az Avto
Mojo.az Avto

600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!

25.09.2026 18:37 324
600-dən yüksək bal toplayanların NƏZƏRİNƏ!
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanlarında 600 və daha yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində iştirak etməyə dəvət edir.

DİM-dən bildirilib ki, təhsil sahəsində qabaqcıl təcrübənin öyrənilməsi, təhlili və təbliği məqsədilə həyata keçirilən layihə 2016-cı ildən icra olunur. Layihə çərçivəsində 600 və daha yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan gənclərin təcrübəsi öyrənilir və ictimaiyyətə təqdim edilir.

Layihənin əsas məqsədi yüksək bal toplayan gənclərin təcrübəsini gələcək abituriyentlərə nümunə kimi təqdim etməkdir.

Qəbul imtahanlarında 600 və daha çox bal toplayan gənclər layihədə iştirak etmək üçün şəxsi kabinetlərinin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə “Abituriyent” saytında təqdim olunan anket-sorğunu doldurmalıdırlar. Anket-sorğu yalnız bir dəfə və bütün bəndlər üzrə doldurulmalıdır. Saytda yalnız anket-sorğunu dolduran və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin www.abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “Bəli” cavabını verən gənclər haqqında məlumat yerləşdiriləcək.

Son xəbərlər