Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)

04.08.2026 22:14 417
Azərbaycanlılar ən çox hansı sosial şəbəkədən istifadə edir? (YENİ SİYAHI)
Azərbaycan istifadəçilərinin sosial şəbəkələrdə fəallığına dair yeni statistika açıqlanıb.

"Global Stats" Statistika Mərkəzinin hesabatına əsasən, 2026-cı ilin iyul ayında ölkə üzrə sosial media platformalarının istifadə paylarında dəyişikliklər qeydə alınıb.

Qaynarinfo Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda ən yüksək bazar payına "YouTube" sosial şəbəkəsi sahib olub. Platformanın istifadə payı aylıq müqayisədə 36,49 faiz bəndi azalaraq 36,58 faiz təşkil edib.

İkinci sırada "Facebook" qərarlaşıb. Onun Azərbaycanda bazar payı iyul ayında 21,02 faiz bəndi artaraq 28,45 faizə bərabər olub.

Üçüncü yerdə "Instagram" yer alır. Platformanın payı 12,29 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 5,37 faiz bəndi artım qeydə alınıb.

Dördüncü pillədə "LinkedIn" qərarlaşıb. Onun bazar payı 6,92 faiz təşkil edib və aylıq müqayisədə 1,76 faiz bəndi artım göstərib.

Beşinci sırada "X" sosial şəbəkəsi (keçmiş "Twitter") yer alıb. Onun payı 7,97 faiz olub və ay ərzində 2,47 faiz bəndi azalma qeydə alınıb.

Altıncı yerdə "Pinterest" sosial şəbəkəsi qərarlaşıb. Bu sosial şəbəkə platformasının payı 5,86 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 3,33 faiz bəndi artım göstərib.

Yeddinci sırada "Reddit" yer alıb. Platformanın payı 3,39 faiz olub və cüzi artım (1,65 faiz bəndi) qeydə alınıb.

Qlobal miqyasda isə iyul ayında ən çox bazar payına malik sosial şəbəkə "Facebook" olub. Belə ki, platformanın istifadə payı aylıq müqayisədə 2,03 faiz bəndi azalaraq 73,21 faiz təşkil edib.

İkinci sırada "YouTube" qərarlaşıb. Onun qlobal miqyasda bazar payı iyul ayında 1,66 faiz bəndi artaraq 9,46 faizə bərabər olub.

Üçüncü yerdə "Instagram" yer alıb. Platformanın payı 7,13 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 0,42 faiz bəndi artım qeydə alınıb.

Dördüncü pillədə "X" qərarlaşıb. Onun bazar payı 5,25 faiz təşkil edib və aylıq müqayisədə 0,02 faiz bəndi artım göstərib.

Beşinci sırada "Pinterest" sosial şəbəkəsi yer alır. Onun payı 2,62 faiz olub və ay ərzində 0,18 faiz bəndi azalma qeydə alınıb.

Altıncı yerdə "Reddit" sosial şəbəkəsi qərarlaşıb. Bu sosial şəbəkə platformasının payı 1,6 faiz təşkil edib və əvvəlki ayla müqayisədə 0,14 faiz bəndi artım göstərib.

Yeddinci sırada "LinkedIn" yer alıb. Platformanın payı 0,46 faiz olub və cüzi azalma (0,01 faiz bəndi) qeydə alınıb.

Son xəbərlər