Mojo.az Banner
17:46 Yerin qravitasiya sahəsi yox olacaq? - AÇIQLAMA  |     17:24 Rusiyada Ermənistan istehsalı olan onminlərlə içkinin satışı dayandırıldı  |     17:17 Anar Əsədlinin apellyasiya şikayəti üzrə məhkəmə başlayıb  |     16:41 Bakıda Estoniya səfirliyi açılacaq  |     16:28 Uqandada ağır yol-nəqliyyat hadisəsi: 14 nəfər həyatını itirdi  |     16:24 Ukraynada azərbaycanlı tələbə dron hücumu nəticəsində yaralandı  |     16:23 İspaniyada daha bir miqrant faciəsi: Qayıqda olan 17 nəfər susuzluqdan öldü  |     16:11 "Barselona" qapıçısını icarəyə göndərdi  |     16:08 Bakıda 2030-cu ilədək 9 yeni metro stansiyası inşa ediləcək  |     15:45 Millimizin sabiq üzvü kariyerasını Türkiyədə davam etdirəcək  |     15:39 Bakıda meteor yağışı olunacaq  |     14:53 "Nizami" - "28 May" arasında avtobuslarda gediş haqqı nə qədər olacaq?  |     14:50 Hüseyn Həsənov barəsində həbs qərarı verildi  |     14:39 Bakıda 79 yaşlı qadının meyiti tapıldı  |     14:36 Yayda təcili tibbi yardıma ən çox nə ilə bağlı müraciətlər edilir?  |     14:31 Universitetlərə ixtisas seçiminin TARİXİ BİLİNDİ  |     14:28 "Nizami" - "28 May" arasında avtobuslar PULLU OLACAQ - RƏSMİ  |     13:02 ATƏT-in fəaliyyətdə olan sədri Bakıda şəhidlərin xatirəsini anıb  |     12:57 Ceyhun Bayramov İqnazio Kassis ilə görüşüb  |     12:50 Biləsuvarda nəfəs borusunda qida qalan körpə öldü  |    
Left Banner
Right Banner

İspaniyada daha bir miqrant faciəsi: Qayıqda olan 17 nəfər susuzluqdan öldü

04.08.2026 16:23 108
İspaniyada daha bir miqrant faciəsi: Qayıqda olan 17 nəfər susuzluqdan öldü
İspaniyaya məxsus Malyorka adasının yaxınlığında içərisində 17 miqrantın meyiti olan qayıq aşkarlanıb. Qeyd olunur ki, bu şəxslər Balear adalarına yetişmək məqsədilə iki həftədən artıq müddətdə açıq dənizdə hərəkətsiz qalıblar.

Bu hadisə ilə bağlı "Europa Press" informasiya agentliyi məlumat yayıb.

Mənbənin bildirdiyinə əsasən, qayıq çərşənbə axşamı günü Malyorka sahillərindən cənub-qərb istiqamətində tapılıb. Xilasetmə qrupları yalnız iki nəfəri sağ xilas edə biliblər. Həmin şəxslər kəskin susuzluq və həddindən artıq taqətsizlik səbəbindən dərhal xəstəxanaya çatdırılıblar.

Xilas edilən miqrantların verdiyi məlumata görə, səfərə başlayarkən qayıqda ümumilikdə 19 nəfər olub. İlkin ehtimallara əsasən, digər 17 şəxs günlərlə dənizdə qaldıqları müddət ərzində həyatını itirib.

Bununla yanaşı, çərşənbə axşamı səhər saatlarında İspaniya xilasediciləri başqa bir miqrant qrupuna da kömək ediblər. "Europa Press"in məlumatına əsasən, İbitsa adasından 48 kilometr cənub-qərbdə göyərtəsində 15 miqrant olan daha bir qayıq aşkarlanıb və onların hər birini xilas etmək mümkün olub.скачать dle 11.3
Mojo.az Banner