Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı |
Mojo.az Avto
Mojo.az Avto

Sığorta vəsaitindən istifadə qaydası təsdiqləndi

04.08.2026 12:30 519
Sığorta vəsaitindən istifadə qaydası təsdiqləndi
"Sığorta vəsaitindən, o cümlədən sığorta ehtiyatı fondundan istifadə Qaydası" təsdiq olunub.

Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, sığorta vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

- sığorta haqları;

- sığorta ehtiyatı fondunu təmin edən vəsaitlərin aşağıdakı təhlükəsizlik göstəriciləri üzrə meyarlardan birinə cavab verən və son 24 ayda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna gecikdirilmiş gəlir faizi ödənişi olmayan banklarda depozitə yerləşdirilməsindən əldə edilən gəlirlər;

- beynəlxalq reytinq agentlikləri tərəfindən ölkə üzrə verilmiş reytinqdən maksimum iki pillə aşağı olan banklar;

- Azərbaycan Respublikasında fəaliyyət göstərən sistem əhəmiyyətli banklar;

- qanunda nəzərdə tutulan digər mənbələr.

Sığorta haqlarının 5 (beş) faizədək hissəsi sığorta ehtiyatı fonduna yönəldilir.

Sığorta vəsaiti Nazirliyin xüsusi xəzinə hesabında toplanılır və Fondun xüsusi bank hesabına köçürülür.

Sığorta vəsaitləri üzrə əməliyyatların aparılması, o cümlədən sığorta ehtiyatı fondunda vəsaitin toplanılması və ondan istifadə edilməsi məqsədilə Fondun müvafiq bank hesabları açılır.

Cari ilin sonunda sığorta vəsaitinin istifadə olunmamış qalığı, sığorta ehtiyatı fondunu təmin edən vəsait və onun depozitə yerləşdirilməsindən əldə edilmiş gəlir növbəti il üçün xərclərin maliyyələşdirilməsinə yönəldilir.

Son xəbərlər