Mojo.az Banner
13:25 Kartdan-karta köçürmələrə limitləri banklar özləri müəyyənləşdirir  |     13:20 Paşinyan sülh müqaviləsi ilə bağlı tarix açıqladı  |     13:12 Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb  |     13:08 Şəhid anası vəfat etdi  |     13:02 İtaliya nümayəndə heyəti ölkəmizə səfər edib  |     12:55 İndoneziyada turist gəmisi batdı  |     12:50 Maşın saxlamaq qadağandır işarəsi olsa da, məhəl qoyan yoxdur - VİDEO  |     12:41 4 manat üstündə dava - Sürücü döyüldü  |     12:36 Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi  |     12:29 Laos üzv dövlət qismində AQEM-ə qoşulub  |     12:24 Daha bir ölkədə reper Navai ilə bağlı araşdırma başladı  |     12:21 Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - Tarix açıqlandı  |     12:17 Yasamalda atla təhlükə yaradan şəxs saxlanıldı - Video  |     12:16 Gənc müəllimlərdən məktəblərdə vahid geyim forması məsələsi ilə bağlı valideynlərə çağırış  |     12:13 Qazaxıstanda saxlanılan azərbaycanlı repçini hansı cəza gözləyir?  |     12:11 Dayısı arvadını qətlə yetirdikdən sonra meyit üzərində əxlaqsız hərəkətlər edibmiş - Əri qatildən şikayətçi olmadı  |     12:10 Reper Diddinin həbsxanada xəsarət almasının səbəbi məlum oldu  |     12:02 Bakıda nasaz yük maşını əsas prospektlərdən birini bağladı  |     11:58 Sumqayıtda uşaq bağçasındakı hadisə ilə bağlı polis hərəkətə keçdi - Video  |     11:40 Azərbaycan nefti 4 dollaradək ucuzlaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

İcbari tibbi sığorta ilə bağlı qərar təsdiqləndi

15.12.2020 20:30 864
İcbari tibbi sığorta ilə bağlı qərar təsdiqləndi
Nazirlər Kabineti "İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nı təsdiq edib.

Median.Az
xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 15-25.1-ci maddəsinə əsasən hazırlanmışdır və icbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi qaydasını müəyyən edir.

Bu Qaydada istifadə olunmuş anlayışlar Qanunda verilmiş mənaları ifadə edir.

İcbari tibbi sığorta fondunun gəlir və xərcləri

Qanunun 15-9-cu maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın maliyyə mənbələri aşağıdakılardan ibarətdir:

- sığorta haqları, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları;

- subroqasiya hüququnun istifadəsi nəticəsində əldə edilən gəlirlər;

- icbari tibbi sığorta üzrə sərbəst vəsaitlərin idarə olunması nəticəsində əldə edilən gəlirlər;

- müştərək maliyyələşmə məbləği;

- qanunvericiliklə müəyyən olunmuş qaydada cəlb edilmiş borc;

- "Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;

- Qanunun tələblərinin pozulması ilə bağlı tətbiq olunan cərimələrdən, maliyyə sanksiyalarından və hesablanmış faizlərdən daxilolmalar;

- Azərbaycan Respublikasının Prezidenti tərəfindən nəzərdə tutulan, habelə qanunla qadağan olunmayan digər mənbələr.

Qanunun 15-21.4-cü maddəsinə uyğun olaraq ilin sonuna icbari tibbi sığorta fondunun istifadə olunmamış vəsaitləri sığorta ehtiyatlarına yönəldilir və bu vəsait fondun xərclərinin maliyyələşdirilməsində istifadə olunur.

Qanunun 15-9.1.6-cı maddəsində nəzərdə tutulmuş müştərək maliyyələşmə məbləği istisna olmaqla, 15-9.1-ci maddədə göstərilmiş digər mənbələrdən icbari tibbi sığorta fonduna daxil olan vəsaitlər İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (bundan sonra – Agentlik) bank hesabına toplanılır və Qanunun 15-21.1.1- 15-21.1.3-cü maddələrində göstərilən məqsədlər üçün istifadə edilir.

İcbari tibbi sığorta vəsaitləri, o cümlədən həmin vəsaitlər üzrə gəlir və xərclərin uçotu "Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq Agentlik tərəfindən aparılır.

İcbari tibbi sığorta vəsaitləri üzrə təqdim edilən hesabat

Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat (əlavə olunur) auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Hər təqvim ili tamamlandıqdan sonra, növbəti ilin ilk ayının 31-dən gec olmayaraq, Qanunun 15-10.1.1-ci maddəsinə əsasən Agentliyin hesabına ödənilmiş vəsaitlər üzrə Agentliklə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında, Qanunun 15-10.1.2- 15-10.1.7-ci maddələrində nəzərdə tutulmuş vəsaitlər üzrə isə Agentliklə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi arasında tutuşdurma Aktı tərtib edilir.скачать dle 11.3
Mojo.az Banner