Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu |
Mojo.az Avto
Mojo.az Avto

Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama

03.08.2026 22:57 372
Çimərlikdə qıcolma olarsa, ilk nə etməlisiniz? - Həkimdən açıqlama
"Günəş altında uzun müddət qaldıqdan sonra qəfil soyuq suya girmək əzələlərdə spazm yarada bilər".

Median.Az
xəbər verir ki, bunu rusiyalı nevroloq Anastasiya Korolyova bildirib.

Həkimin sözlərinə görə, üzgüçülük zamanı yaranan qıcolmaların əsas səbəbi əzələlərin yorulmasıdır. Mikroelement çatışmazlığı isə bu prosesdə ikinci dərəcəli rol oynayır. Soyuq su qan damarlarını daraldır, qan dövranını zəiflədir və nəticədə əzələlər daha tez yorulur.

Mütəxəssis qeyd edib ki, qıcolma baş verdikdə panikaya düşmək olmaz. Çünki təşviş tənəffüsü çətinləşdirə və boğulma riskini artıra bilər. Belə vəziyyətdə kürəyi üstə çevrilmək, spazm olan əzələni ehtiyatla dartmaq və əllərin köməyi ilə yavaş-yavaş sahilə doğru hərəkət etmək tövsiyə olunur. Əgər qıcolma baldır əzələsindədirsə, dizi düz saxlayaraq ayaq barmaqlarını özünüzə tərəf çəkmək lazımdır. Sahil uzaqdadırsa, ətrafdakılardan kömək istənilməlidir.

Korolyovanın sözlərinə görə, sudan çıxdıqdan sonra qıcolma olan əzələ masaj edilməli və isidilməlidir. Təkrar spazm riski olduğundan həmin gün yenidən suya girmək məsləhət görülmür.

Həkim həmçinin üzməyə başlamazdan əvvəl isinmə hərəkətləri etməyi, suya tədricən daxil olmağı, eləcə də alkoqol qəbul etdikdən sonra, acqarına, həddindən artıq yorğun vəziyyətdə və təkbaşına üzməməyə çağırıb.\\milli.az

Son xəbərlər