Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ

01.08.2026 13:49 369
İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkimdən XƏBƏRDARLIQ
"Günəş altında qaldıqdan dərhal sonra qəfil soyuq suya girmək əzələlərdə spazmalara səbəb ola bilər".

Median.Az
RT-yə istinadən xəbər verir ki, bunu rusiyalı həkim-nevroloq Anastasiya Korolyova deyib.

Həkimin sözlərinə görə, suda üzərkən yaranan qıcolmalar əsasən əzələ yorğunluğu ilə əlaqədardır, mikroelement çatışmazlığı isə burada ikinci dərəcəli amildir. Soyuq su qan damarlarını daraldaraq qan dövranını zəiflədir ki, bu da əzələlərin daha tez yorulmasına gətirib çıxarır.

"Spazma baş verdikdə təşvişə düşmək olmaz, çünki tənəffüsün pozulması boğulma ehtimalını artırır. Kürəyiüstə çevrilmək, qıcolma baş verən əzələni dartmağa çalışmaq və əllərin köməyi ilə yavaş-yavaş sahilə doğru hərəkət etmək lazımdır.

Baldır əzələsi gərilərsə, dərhal dizi düzəltmək və ayaq ucunu özünüzə doğru çəkmək tövsiyə olunur. Sahil uzaqdadırsa, mütləq ətrafdakıları köməyə çağırmaq lazımdır.

Sudan çıxdıqdan sonra zədələnmiş əzələni masaj etmək və isitmək tövsiyə olunur. Təkrar qıcolma riskinə görə həmin gün yenidən çimmək məsləhət görülmür", - deyə mütəxəssis bildirib.

Həkim üzməyə başlamazdan əvvəl isinmə hərəkətləri etməyi, suya yavaş-yavaş girməyi, həmçinin təkbaşına, alkoqol qəbulundan sonra, acqarına və ya həddindən artıq yorğun halda suya girməməyi tövsiyə edir.

Son xəbərlər