Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:27 Axtarışda olan 156 nəfər saxlanılıb | 18:20 BMW 720 mindən çox avtomobili geri çağırır | 18:14 Zelenskidən Ukraynanın neytral statusu ilə bağlı bəyanat | 17:56 Saatlıq minimum əməkhaqqı tətbiq ediləcək - Maaşlar artacaq | 17:55 Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb | 17:48 Almaniyada əyləncə parkında çox sayda insan zəhərləndi | 17:42 Azərbaycanda küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edildi | 17:20 Abşeronda tanışını öldürən şəxsə hökm oxundu | 17:09 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb | 17:02 Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər | 16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb |
Mojo.az Avto
Mojo.az Avto

Dənizdə günvurma və boğulma riskini artıran səhvlər – Həkimdən vacib tövsiyələr

28.07.2026 13:04 1 143
Dənizdə günvurma və boğulma riskini artıran səhvlər – Həkimdən vacib tövsiyələr
Yay mövsümündə havaların həddindən artıq isti keçməsi günvurma hallarının artmasına səbəb olur. Xüsusilə çimərliklərdə uzun müddət birbaşa günəş altında qalmaq sağlamlıq üçün ciddi risk yarada bilər. Mütəxəssislər adətən günəş şüalarının daha zəif olduğu səhər saatlarında dənizə getməyi tövsiyə edirlər. Eyni zamanda, bəzi həkimlər D vitamini sintezi üçün səhər saat 11:00-a qədər günəşdən faydalanmağın daha uyğun olduğunu bildirirlər. Bəs bu tövsiyələr nə dərəcədə doğrudur? Günvurmadan qorunmaq üçün hansı saatlarda çimərliyə getmək məsləhətdir və D vitamini almaq üçün ən uyğun vaxt hansıdır?

Mövzu ilə bağlı Median.Az-a açıqlama verən tibb üzrə ekspert Adil Qeybulla bildirib ki, günəş vannalarının ən optimal vaxtı saat 16:00-dan 18:00 arasıdır.

A. Qeybullanın sözlərinə görə, həmin vaxt dəniz suyu isinir, dibi qızır. İsti suda çimərkən damarların genişlənməsi, dəridən toksik maddələrin suya çıxması daha yaxşı baş verir.

Mütəxəssis əlavə edib ki, səhər vaxtı da günvurmadan qorunmaq üçün günəş vannalarından istifadə etmək olar. Amma səhər su çox soyuq olur. Saat 12:00 və 16:00 radələrində isə ultrabənövşəyi şüalar birbaşa düşdüyündən uzun müddət çimərlikdə qalmaq məsləhət deyil. Ona görə də baş örtüklərindən istifadə etmək və kölgədə dayanmaq daha məqsədəuyğundur.

"Təəssüflər olsun ki, bütün bu bədbəxt hadisələrin hamısı insanların çimərlik rejimini pozması nəticəsində baş verir. Dənizdə batmalar, günvurma, günəş yanıqları və s. hamısı bilgisizlikdən yaranır. Günvurma zamanı ilk anlarda dəri damarları genişlənir, tər vasitəsilə istilik bayıra ötürülür. Buxarlarla, tənəffüs yolu ilə istilik xaricə çıxır. Amma bu mexanizmlər daimi deyil. Bir müddətdən sonra bunlar tükənir və daxili temperatur yüksəlir. Daxili temperaturun yüksəlməsi çox təhlükəlidir. Bu zaman qanın qatılığı artır, mikrosirkulyasiya damarlarda oksigen və qida maddələri toxumaları diffuziya edir. Nəticədə, hipoksiyadan huşun qaranlıqlaşması və itməsi baş verir. Eyni zamanda qan təzyiqi aşağı düşür, zərərçəkənlər özlərini çox pis hiss edirlər. Həmçinin onları soyuq tər basır", — o, qeyd edib.

Belə hal baş verdikdə xəstə dərhal sərin yerə keçirmək lazımdır deyən Adil Qeybulla açıqlamasında bildirib:

"Bədən yaş dəsmalla silinməli, huşu özündədirsə, ona sərin su verilməlidir. Qətiyyən buz kimi su vermək olmaz. Həmçinin həkimə müraciət olunmalıdır. Əlbəttə, insanlar rejimi gözləsə, qayda-qanunlara əməl etsə, dənizdə batmalar, günvurmalar da olmaz. Uşaqların su tutumu az olduğundan onların günəş altında çox qalması qətiyyən olmaz. Ona görə də bu faktlara fikir vermək vacibdir. Onu da deyim ki, zəlzələlərdən sonra dəniz dibində yarğanlar əmələ gəlib. Dənizdə uzaq məsafəyə üzmək qəti məqsədəuyğun deyil".

Dəniz Pənahova
Median.Az

Son xəbərlər