Mojo.az Banner
12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |     11:42 Hikmət Hacıyev: "Yekun sülh üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyirik"  |     11:37 Hikmət Hacıyev: "Ermənistan gəncləri arasındakı revanşizm bizi narahat edir"  |     11:23 Beyləqanda ağır qəza, ölən var  |     11:21 Toyuq əti də bahalaşdı - Video  |     11:13 Kəlbəcərə sulu qar yağıb - Faktiki hava  |     22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Günvurma zamanı ilk yardım necə göstərilməlidir?

08.07.2026 16:10 333
Günvurma zamanı ilk yardım necə göstərilməlidir?
Yay aylarında havanın temperaturunun yüksəlməsi ilə günvurma halları da artır. Xüsusilə uzun müddət birbaşa günəş şüaları altında qalan insanlar, yaşlılar, uşaqlar və açıq havada işləyən şəxslər risk qrupuna daxildir. Vaxtında müdaxilə edilmədikdə günvurma həyati təhlükə yarada bilər.

AZXEBER.COM xəbər verir ki, günvurma zamanı aşağıdakı simptomlar müşahidə oluna bilər:

Güclü baş ağrısı;
Başgicəllənmə;
Ürəkbulanma və qusma;
Həddindən artıq halsızlıq;
Sürətli nəbz və nəfəsalma;
Bədən temperaturunun 40°C və ya daha yuxarı qalxması;
Dərinin isti və quru olması (bəzi hallarda tərləmə dayanır);
Şüurun bulanması, nitq pozğunluğu;
Huşun itməsi və qıcolmalar.

İlk yardım necə göstərilməlidir?

Günvurmadan şübhələnilən şəxsə mümkün qədər tez ilk yardım göstərilməlidir.

İlk növbədə zərərçəkən günəş altında qalmamalı, sərin və kölgəli yerə aparılmalıdır. Sıx geyimlər boşaldılmalı və ya çıxarılmalıdır ki, bədən daha rahat soyusun. Bədən temperaturunu azaltmaq üçün boyun, qoltuqaltı və qasıq nahiyələrinə soyuq kompres qoymaq, bədəni ilıq və ya sərin su ilə silmək tövsiyə olunur. İmkan olduqda ventilyator və ya kondisionerdən istifadə edilə bilər. Buzlu su və ya buzun birbaşa dəriyə tətbiqi isə məsləhət görülmür, çünki bu, damarların daralmasına səbəb olaraq bədənin soyumasını ləngidə bilər. Əgər şəxs huşu yerindədirsə və qusmursa, ona az-az olmaqla sərin su və ya elektrolit məhlulu içirmək olar. Huşunu itirmiş və ya udmaqda çətinlik çəkən insana maye vermək olmaz, çünki boğulma riski yarana bilər.

Şəxsin vəziyyəti ağırdırsa, bədən temperaturu yüksək qalırsa, huşunu itiribsə və ya qıcolma baş veribsə, dərhal təcili tibbi yardım çağırılmalıdır. Həkim gələnədək soyutma tədbirləri davam etdirilməlidir.

Kimlər daha çox risk altındadır?

* 5 yaşdan kiçik uşaqlar;
* 65 yaşdan yuxarı şəxslər;
* Ürək-damar, şəkərli diabet və digər xroniki xəstəlikləri olanlar;
* Hamilə qadınlar;
* Açıq havada çalışanlar;
* İdmanla məşğul olan şəxslər.

Günvurmadan necə qorunmaq olar?

Mütəxəssislər xüsusilə saat 11:00-17:00 arasında birbaşa günəş altında uzun müddət qalmamağı tövsiyə edirlər. Açıq rəngli, yüngül geyimlər və baş örtüyündən istifadə etmək, gün ərzində kifayət qədər su qəbul etmək, spirtli içkilərdən uzaq durmaq və fiziki aktivliyi sərin saatlara salmaq günvurma riskini əhəmiyyətli dərəcədə azaldır.
скачать dle 11.3
Mojo.az Banner