Dənizdə nəzarətsiz ərazidə BƏDBƏXT HADİSƏ: 15 yaşlı oğlan batdı
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hazırda 2011-ci il təvəllüdlü Həsən Asif oğlu Əlihəsənovun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.