Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtonom PUA-larla bağlı YENİ QAYDA: Azı 3 saat əvvəl məlumat verilməlidir

03.08.2026 17:14 267
Avtonom PUA-larla bağlı YENİ QAYDA: Azı 3 saat əvvəl məlumat verilməlidir
"Aviasiya haqqında" Azərbaycan Respublikası Qanununda edilən dəyişikliklər avtonom pilotsuz uçuş aparatlarına dair texnologiyaların hüquqi tənzimlənməsini təmin etməyə yönəlib. Dəyişikliklərin əsas məqsədi mülki və eksperimental məqsədlərlə istifadə olunacaq avtonom pilotsuz uçuş aparatlarının hüquqi statusunu müəyyənləşdirmək, onların istismarı ilə bağlı tələbləri dəqiqləşdirmək və uçuşların təhlükəsizliyinin təmini üçün milli qanunvericilik tələbləri yaratmaqdır.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Qanunvericilikdə ilk dəfə olaraq "avtonom pilotsuz uçuş aparatı", "avtonom pilotsuz uçuş aparatının operatoru" və "məsafədən idarəetmə mərkəzi" anlayışları öz əksini tapır. Bu isə avtonom pilotsuz aviasiya texnologiyalarının inkişafı fonunda yaranan yeni münasibətlərin hüquqi müstəvidə tənzimlənməsinə imkan verir.

Mühüm yeniliklərdən biri də avtonom pilotsuz uçuş aparatları üzrə avtomatlaşdırmanın müxtəlif səviyyələrinin müəyyən olunmasıdır. Qəbul edilən yanaşmaya əsasən, yüksək avtomatlaşdırma səviyyəsində uçuşun idarə olunması, ətraf mühitin müşahidəsi və qərarvermə prosesləri sistem tərəfindən həyata keçirilsə də, ümumi nəzarət və məsuliyyət operatorun üzərində qalır. Tam avtomatlaşdırma səviyyəsində isə bütün proseslər, o cümlədən ehtiyat idarəetmə funksiyaları insan müdaxiləsi olmadan sistem tərəfindən yerinə yetirilir. Bu yanaşma süni intellekt texnologiyalarının aviasiyada tətbiqi üçün hüquqi əsasların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qanunda avtonom pilotsuz uçuş aparatlarının istismarına dair tələblər də ilk dəfə sistemli şəkildə müəyyən edilir. Belə ki, bu tip uçuş aparatlarının istismarı yalnız müvafiq qeydiyyat sertifikatı və istismarçı sertifikatı və ya əməliyyat icazəsi əsasında mümkün olacaq.

Eyni zamanda operatorların hüquq və vəzifələri də aydın şəkildə tənzimlənir. Operatorlar avtomatlaşdırılmış idarəetmə sistemlərinin fəaliyyətinə nəzarət etməli, həyata keçirilən əməliyyatlarla bağlı məlumatları ən azı altı ay müddətində saxlamalı və onların mühafizəsini təmin etməlidirlər.

Dəyişikliklər çərçivəsində uçuşların təhlükəsizliyinin təmini və hava məkanından istifadənin koordinasiyası ilə bağlı yeni mexanizmlər də nəzərdə tutulur. Avtonom pilotsuz uçuş aparatlarının uçuşları yalnız xüsusi müəyyən edilmiş coğrafi zonalarda və uçuşların idarə edilməsi və əlaqələndirilməsi mərkəzinin icazəsi əsasında həyata keçiriləcək.

Bundan başqa, nəzarət olunan hava məkanında əməliyyat aparmaq istəyən istismarçılar uçuşdan ən azı üç saat əvvəl zəruri məlumatları, o cümlədən qeydiyyat sertifikatının nömrəsini, uçuşun başlanma və başa çatma vaxtını, əməliyyatın xüsusiyyətlərini, eləcə də istismarçı sertifikatının və ya əməliyyat icazəsinin surətini elektron qaydada aidiyyəti mərkəzə təqdim etməli olacaqlar.

Ümumilikdə dəyişikliklər avtonom pilotsuz aviasiya sahəsində təhlükəsizlik, məsuliyyət və nəzarət mexanizmlərini gücləndirməklə yanaşı, innovativ texnologiyaların tətbiqi üçün əlverişli hüquqi mühit formalaşdıracaq və Azərbaycanın bu sahədə beynəlxalq tendensiyalara uyğun inkişafını dəstəkləyəcək.скачать dle 11.3
Mojo.az Banner