Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

HƏMAS tərk-silah olunması üçün şərtlərini açıqladı

01.08.2026 18:13 537
HƏMAS tərk-silah olunması üçün şərtlərini açıqladı
İsrail tərəfindən hərbi əməliyyatlar və hücumlar dayandırılacağı təqdirdə HƏMAS tərk-silah prosesinə başlayacaq.

Fələstin hərəkatının nümayəndələri bunu "RİA Novosti"yə müsahibələrində səsləndiriblər.

"Hərbi toqquşmaların və İsrail hücumlarının başa çatması razılaşdırılmış qrafiklərin tərtib edilməsi, müqavilənin icra mexanizmlərinin müəyyənləşdirilməsi də daxil olmaqla icra mərhələsinə keçid üçün əsas şərtdir", - deyə təşkilatdan bildirilib.

Hərəkat təmsilçiləri xatırladıblar ki, Qəzza zolağında vəziyyətin nizamlanması planı əhatəlidir və bir neçə bəndin eyni vaxtda yerinə yetirilməsini nəzərdə tutur:

"Xüsusilə, hərbi əməliyyatların dayandırılması və İsrail qüvvələrinin anklavdan çıxarılması ilə yanaşı, bölgənin bərpası proqramlarına başlanılmalı və humanitar yardımın çatdırılması təmin edilməlidir".

Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən yaradılan Sülh Şurası Qəzza zolağında münaqişənin sonlandırılması üçün ətraflı plan dərc edib. Sənəddə Fələstin qruplaşmalarının mərhələli şəkildə tərk-silah edilməsi, idarəetmənin Qəzzanın İdarəedilməsi üzrə Milli Komitəyə verilməsi və İsrail qoşunlarının bölgədən çıxarılması öz əksini tapıb.

Son xəbərlər