Mojo.az Banner
18:33 Dövlət ittihamçısı Hüseyn Həsənova 6 il həbs cəzası istədi  |     18:32 "Space" TV-də yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     18:21 "Bank BTB"nin lisenziyası ləğv edildi  |     18:10 Azərbaycanın U-18 yığması Avropa çempionatının B Divizionunda növbəti matçını keçirib  |     18:04 ƏƏSMN-in xidməti maşınlarının sayı artırıldı - ƏMR  |     17:54 Qazini cərəyan vurub öldürdü  |     17:49 Şamaxıda kişi bıçaqlandı: Oğlu saxlanıldı  |     17:43 Sumqayıt Tibb Mərkəzində direktor vəzifəsini kim icra edir?  |     17:30 150 balla qəbulu mümkün olan ixtisasların sayı artırılıb  |     17:27 Bakı Qızlar Universitetinin bağlanmasının pərdəarxası: Ekspert vacib məqamlara toxundu  |     17:22 Azərbaycanda ağcaqanadlardan infeksiya yayılır?  |     17:20 "Malaysia Airlines"ın pilotu İndoneziyada narkotiklə saxlanılıb: Onu ölüm cəzası gözləyir  |     15:04 Fars körfəzindən fasiləsiz tədarük neftin qiymətinə necə təsir edir?  |     14:06 Bu marşrutdan istifadə edənlərin diqqətinə: Avtobuslar dəyişdirilir  |     13:56 Temperatur yenidən yüksəlir: sabah isti olacaq  |     13:38 Ağcabədidə itkin düşən şəxsin avtomobili su kanalında tapıldı  |     13:01 Lənkəranda itkin düşən kişinin meyiti kanalda tapıldı  |     12:45 UEFA əmsallar cədvəli: Uğursuz nəticələrdən sonra Azərbaycanın mövqeyi dəyişmədi  |     12:43 Sadır Japarov: "Qırğızıstan ilə Azərbaycan arasında siyasi dialoq bu gün ən yüksək səviyyədədir"  |     12:37 Azərbaycan nefti BAHALAŞIB  |    
Left Banner
Right Banner

Bakı Qızlar Universitetinin bağlanmasının pərdəarxası: Ekspert vacib məqamlara toxundu

31.07.2026 17:27 207
Bakı Qızlar Universitetinin bağlanmasının pərdəarxası: Ekspert vacib məqamlara toxundu
Milli Məclisdə müzakirəyə çıxarılan "Ümumi təhsil haqqında" qanuna təklif edilən dəyişikliklərə əsasən, dövlət ümumi təhsil müəssisələrində müəllimlər üçün geyim tələblərinin hüquqi əsası yaradılır. Dəyişiklik məktəblərdə vahid idarəetmə, nizam-intizam və peşəkar iş mühitinin gücləndirilməsini hədəfləyir.
Müəllimlər üçün geyim tələbinin qanunla tənzimlənməsinə ehtiyac var idimi?

Bu qayda müəllimlərin şəxsi seçim azadlığını məhdudlaşdıra bilərmi?
Beynəlxalq təcrübədə müəllimlərin geyimi necə tənzimlənir?

Məsələ ilə bağlı Median.Az-ın suallarını cavablandıran təhsil eksperti Elçin Əfəndiyev bildirib:

"Bakı Qızlar Universitetinin fəaliyyətinin dayandırılması orada hazırda təhsil alanların və məzun olanların gələcək taleyi ilə bağlı hər hansı bir problem yaratmayacaq. Çünki mövcud fəaliyyət dövründə müvafiq dövlət sənədləri verilib. Ona görə də işə qəbul və yaxud da xaricdə təhsil və s. kimi məsələlərdə bir o qədər də ciddi problem yaratmayacaq."

Orada təhsil alan 2-3-4 cü kurs tələbələrinin sonrakı aqibətinə toxunan ekspert deyib:

"Onlar ilk növbədə müvafiq olaraq özəl universitetlərə, ardınca da dövlət universitetlərinə yerləşdiriləcəklər. Təbii ki, hansı ixtisaslar mövcuddursa, sırf həmin ixtisaslar üzrə yönləndiriləcəklər. Ola bilər ki, tələbələrə logistika baxımından daha münasib universitetlər təklif oluna bilər. Məsələn, kimsə rayon qeydiyyatındadırsa, həmin rayonda da universitet varsa, həmin təhsil müəssisəsi təklif oluna bilər."

Əsas diqqət yetiriləcək məqamdan bəhs edən E. Əfəndiyev qeyd edib: Ümid edirəm ki, Qızlar Universitetində ödənilmiş illik təhsil haqqı nə qədər olmuşdursa, onun qorunub saxlanılması da qüvvədə qalsa yaxşı olardı. Tələbələrin hansı universitetə keçid almalarına baxmayaraq, Qızlar Universitetində mövcud təhsil haqqı nə idisə onu ödəməyi qüvvədə saxlayarlar. Tələbə əgər bağlanan universitetdə 2500 ödəyirdisə, köçürüldüyü universitetdə 3000-3500 manat ödəməli deyil. Çünki bağlanma tələbələrin günahı deyil."

Elçin Əfəndiyev əlavə edib ki, burada ədalət predmeti pozulmayacaq. Çünki Bakı Qızlar Universitetində 430-450-500 balla oxuyan vətəndaşlarımız da var. Onlar da prestijli universitetlərə keçid Ala bilərlər. Qızlar Universitetində daha çox pedoqoji yönümlü ixtisaslar yer alırdı. Həmin ixtisaslar da ADPU, BDU, BSU və s. universitetlərdə tədris olunur. Yəni, bal uyğunluğu varsa, tələbələr dövlət universitetlərinə də köçürülə bilərlər. Buna kimsə etiraz etməməlidir.

Təhsil eksperti qeyd edib ki, 2000-ci ilin əvvəllərində mövcud olan universitetlər indi yoxdur. Həmin təhsil müəssisələrin diplomları da artıq bir o qədər işə yaramır. Ola bilər ki, 20 il sonra həmin diplomlar müvafiq qurumlar tərəfindən qeyri-ciddi kimi qəbul oluna bilər. Amma hazırki vəziyyətdə və 20 il ərzində o diplomlar rahat işləyə biləcək.

E. Əfəndiyev sonda vurğulayıb ki, bu hadisə digər özəl universitetlər üçün bir növ həyəcan təbilidir. Onlar vaxtında akkreditasiyadan keçməlidirlər. Özəl universitetlər ümumi tədris planları, tədris proqramları, çalışan müəllim-professor heyətinin beynəlxalq elmi jurnallarda məqalələrinin dərci və s. kimi məsələlərə diqqət yetirməlidirlər ki, akkreditasiya və lisenziyalaşdırma zamanı prosesdən üzüağ çıxa bilsinlər. Əks halda BQU-nun aqibəti həmin özəl universitetləri də gözləyir.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner