Mojo.az Banner
20:18 Azərbaycanda bu tələbələr digər universitetlərə köçürüləcək  |     20:09 "Telegram"ın qurucusu terrorçular siyahısına daxil edildi  |     20:02 "Kəpəz"dən yeni transfer  |     19:56 Lənkəranda 11 otaqlı yaşayış evində yanğın  |     19:51 Azərbaycanlı tələbədən növbəti uğur  |     19:44 Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? - VİDEO  |     19:38 Kondisionerdən istifadə edənlərə xəbərdarlıq  |     19:30 Bir nəfər dənizdə batma təhlükəsi ilə üzləşdi  |     19:25 "Yanlış idarəetmə Space TV-ni çətin vəziyyətə saldı"  |     19:17 Avqustda rekord istilə gözlənilir: Temperatur 42 dərəcəyədək yüksələcək  |     19:11 Bu tərəvəzləri birlikdə yemək təhlükəlidir - Qastroenteroloqdan açıqlama  |     19:04 Kolleclərə ixtisas seçimi avqustun 3-də başlayacaq  |     18:59 Azərbaycan vətəndaşları Gürcüstandan deport olundu  |     18:50 500 nəfər dondurlaraq həyata qayıtmağı gözləyir  |     18:45 Lerik rayonunda ev quşlarının kütləvi tələfatı qeydə alınıb  |     18:37 Xərçəng əlaməti ola biləcək 3 əsas SİMPTOM  |     18:31 Maaş və pensiya kartları ilə bağlı yenilik - Sentyabrdan etibarən...  |     18:22 Qaxda iki avtomobil toqquşdu - Ölən var  |     18:08 Bakı Qızlar Universiteti fəaliyyətini dayandırdı  |     17:55 Abşeronda ağır qəza - İki futbolçu öldü (Video)  |    
Left Banner
Right Banner

Paşinyan: "Türkiyə ilə münasibətlərdə hansı formatı əsas götürəcəyimizi müəyyənləşdirməliyik"

30.07.2026 16:18 165
Paşinyan:
"Ermənistan və Türkiyə arasındakı münasibətlərin normallaşdırılması üzrə yeni xüsusi nümayəndənin kim olacağı məsələsi hazırda müzakirə mərhələsindədir".

Median.Az
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

"Xüsusi nümayəndə ilə bağlı hələlik yekun qərar yoxdur. Türkiyə ilə qarşılıqlı fəaliyyət formatı çərçivəsində işimizi necə davam etdirəcəyimizi, müvafiq qərarlar qəbul etmək üçün hansı məntiq və formatı əsas götürəcəyimizi müəyyənləşdirməliyik. Hazırda bu mövzuda müzakirələr gedir", - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl xüsusi nümayəndə vəzifəsini Ruben Rubinyan icra edirdi. Lakin seçkidə qalib gəldikdən sonra iqtidarda olan Vətəndaş Sazişi Partiyası onun namizədliyini yeni seçilmiş parlamentin sədri postuna irəli sürüb.скачать dle 11.3
Mojo.az Banner