Mojo.az Banner
14:27 Ətin qiyməti bahalaşıb - Video  |     14:08 "E-manat"ın sahibinin dövlətə külli miqdarda borcu yaranıb  |     14:05 Zaqatalada dönərdən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     13:55 Sabahdan bu ərazilərdə qaz olmayacaq  |     13:34 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     13:17 Teatr direktoru VƏZİFƏSİNDƏN GETDİ  |     13:04 Gürcüstandan Azərbaycana qayıtmaq istəyənlər üçün vacib açıqlama – ADY-dən rəsmi cavab  |     12:42 Hansı cinsi davranışlar normal, hansıları təhlükəlidir? – Psixoloq izah edir  |     12:34 Bakıda küçədə meyit tapıldı  |     12:15 Hər gün milyon dollarlıq fırıldaq: Türkiyədə azərbaycanlıların da olduğu şəbəkə İFŞA EDİLDİ  |     12:08 Abşeronda üçaylıq körpə boğulub öldü  |     11:55 Əməkdar məşqçi VƏFAT ETDİ - FOTO  |     11:49 Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat edib  |     11:44 Azərbaycan nefti kəskin ucuzlaşdı  |     11:39 Sabunçuda qadın BIÇAQLANDI: Qayınatası şübhəli bilinir  |     11:33 Dünya bazarında neft BAHALAŞDI  |     11:26 Pavel Durov beynəlxalq axtarışa verildi  |     11:13 Ali məktəblərə qəbul üçün ixtisas seçiminin başlayacağı TARİX BİLİNDİ  |     23:04 Bakıda kişi özünə yeni telefon alan arvadını döydü - Hər mesaja bir sillə  |     22:59 Ruslar yenidən kütləvi şəkildə Ermənistana köçür  |    
Left Banner
Right Banner

Gürcüstandan Azərbaycana qayıtmaq istəyənlər üçün vacib açıqlama – ADY-dən rəsmi cavab

29.07.2026 13:04 843
Gürcüstandan Azərbaycana qayıtmaq istəyənlər üçün vacib açıqlama – ADY-dən rəsmi cavab
Son günlər Bakı–Tbilisi istiqamətində qatar biletlərinin satışı ilə bağlı redaksiyamıza çoxsaylı vətəndaş müraciətləri daxil olur. Müraciətlərdə bildirilir ki, Gürcüstana səfər üçün bilet əldə etmək mümkün olsa da, geri dönüş biletlərini tapmaq demək olar ki, mümkün deyil. Satışa çıxarılan məhdud sayda biletlərin isə qısa müddətdə tükəndiyi qeyd olunur.

Eyni zamanda, hazırda Gürcüstan ərazisində geri qayıtmaq üçün bilet tapa bilməyən vətəndaşların olduğu da bildirilir. Yaranmış vəziyyət ictimai maraq doğurduğundan, məsələyə aydınlıq gətirilməsi məqsədilə Azərbaycan Dəmir Yolları (ADY)Median.Az-ın suallarını cavablayıb.

- Bakı–Tbilisi və Tbilisi–Bakı istiqamətləri üzrə hazırda hər reysdə neçə vaqon istismara verilir?


- Azərbaycan Dəmir Yolları Bakı–Tbilisi–Bakı qatarlarında vaqonların sayını mərhələli şəkildə 6-dan 13-ə çatdırıb, bununla da sərnişin tutumu 178-dən 386 yerədək və ya 120 faiz artırılıb.

Bakı–Tbilisi–Bakı marşrutu üzrə biletlərin satış dinamikası, vaqonların doluluq səviyyəsi və sərnişin axını mütəmadi olaraq təhlil edir. Bu təhlillərin nəticələrinə uyğun olaraq əlavə vaqonların istismara verilməsi və sərnişinlər üçün yeni imkanların yaradılması istiqamətində tədbirlər görülür. Bu proses Azərbaycan və Gürcüstan tərəflərinin texniki və əməliyyat hazırlığı, sərhəd və gömrük prosedurları, qatarın hərəkət qrafiki, stansiyaların imkanları və marşrut üzrə təhlükəsizlik tələbləri nəzərə alınmaqla həyata keçirilir, qarşı tərəflə (bu halda Gürcüstanla) zəruri razılaşdırmaların aparılması və bütün əməliyyat proseslərinin uyğunlaşdırılması tələb olunur. Bu səbəblərdən sərnişin yerlərinin sayı planlı və mərhələli şəkildə artırılır.

- Qatarlar bu marşrut üzrə hansı interval və qrafiklə hərəkət edir?

- Qatar hər gün Bakıdan saat 23:10-da yola düşür və növbəti gün saat 08:41-də Tbilisiyə çatır, Tbilisidən isə saat 21:00-da yola düşməklə növbəti gün Bakıya saat 06:24-də çatır. Bu müddətin sərhəd-gömrük baxışının 1 saatı Azərbaycan sərhədi, 1 saatı isə Gürcüstan sərhədinə sərf olunur.
Bakı–Tbilisi–Bakı qatarları Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanır.

- Sərnişin tələbatının artmasını nəzərə alaraq yaxın günlərdə əlavə vaqonların qoşulması və ya əlavə reyslərin təşkili nəzərdə tutulurmu?

- Bakı–Tbilisi–Bakı qatarlarına əlavə vaqonların qoşulması mərhələli şəkildə aparılır. Sonuncu dəfə 19 iyulda qatarların tərkibinə əlavə vaqonlar qoşulub.
Azərbaycan Dəmir Yolları üçün prioritet təhlükəsizlik tələblərinə riayət etməklə mövcud tutumu mümkün olan ən qısa müddətdə artırmaqdır. Yaxın günlərdə Bakı–Tbilisi–Bakı marşrutu üzrə növbəti əlavə vaqonların istismara verilməsi üçün Gürcüstan tərəf ilə zəruri texniki və əməliyyat işləri aparılır.
ADY sərnişin tələbatını təhlil etməyə, mövcud resursları səmərəli şəkildə səfərbər etməyə və Bakı–Tbilisi–Bakı marşrutunun imkanlarını mərhələli şəkildə artırmağa davam edəcək.

- Geri dönüş biletlərinin qısa müddətdə tükənməsi və biletlərin çatışmazlığı nə ilə əlaqədardır?

- Xüsusilə Tbilisi–Bakı istiqamətində sərnişin tələbatı daha yüksək olduğundan həmin istiqamətdə biletlər daha qısa müddətdə tükənir. Bildiyiniz kimi, mövcud qaydaya əsasən, xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin Azərbaycana girişə yalnız təyyarə və qatarla icazə verilir ki, bu da Gürcüstandan Azərbaycana qatar reysləri üzrə biletlərə kütləvi tələbatın yaranmasına səbəb olur.

- Hazırda Gürcüstanda geri qayıtmaq üçün bilet gözləyən Azərbaycan vətəndaşlarının sayı ilə bağlı ADY-də hər hansı məlumat varmı və bu problemin həlli üçün hansı tədbirlər görülür?

- Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı vahid sistem üzərindən həyata keçirilir və biletlər eyni vaxtda həm onlayn, həm də Bakı, Gəncə və Tbilisi dəmiryol vağzallarının kassalarında satışa çıxarılır. Biletlər satışa 30 gün əvvəl təqdim olunur. Hər gün növbəti 30-cu günə aid biletlər satışa çıxarılır.

Gürcüstandan Azərbaycan istiqamətində qatarla səyahətə tələbat olduqca yüksəkdir. Bu səbəbdən satışa çıxarılan biletlər çox qısa müddətdə alınır. Belə tələbat fərqi xüsusilə yay mövsümündə və bayram günləri ərəfəsində daha aydın müşahidə edilir.

Sərnişinlərimizə səyahətlərini öncədən planlaşdırmağı və müvafiq olaraq öncədən bilet almağı tövsiyə edirik.

Dəniz Pənahova
Median.Az
скачать dle 11.3
Mojo.az Banner