Mojo.az Banner
20:03 Sabah külək əsəcək, 41 dərəcə isti olacaq  |     19:58 Azərbaycan ilk yarımildə 1 milyard manata yaxın borc qaytarıb  |     19:42 Qısa video izləmək emosional tükənmə və depressiyaya səbəb ola bilər  |     19:37 Azərbaycanda epizootoloji vəziyyət sabitdir  |     19:30 Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı  |     19:25 Maşınların cərimə meydançasına aparılması xərclərinin geri qaytarılması proseduru müəyyənləşdi  |     19:17 “Arsenal” Vinisiusa rekord maaş təklif edə bilər  |     19:10 Keçmiş məcburi köçkün 1 otaqlı mənzillə təmin olunub? - Dövlət Komitəsi iddialara aydınlıq gətirdi  |     19:02 Polşa Epşteyn istintaqında bu ölkədən kömək istədi  |     18:57 Məşhur yapon yazıçısı vəfat etdi  |     18:52 Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək  |     18:44 Ev almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq  |     18:39 1 740,7 hektar ərazi minalardan təmizlənib  |     18:31 Laçında 1 ton 200 kq çətənə kolu məhv edildi  |     18:25 Zərdabda şəhid anası vəfat etdi  |     18:17 Bakıda iki marşrutun istismarı müvəqqəti yeni daşıyıcılara həvalə edildi  |     18:12 B kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edənlərə xəbərdarlıq (VİDEO)  |     18:04 Dövlət büdcəsinin gəlir və xərcləri açıqlandı  |     17:59 Tarakanlar olan mağazanın sahibi danışdı - Video  |     17:50 Cinayətdə şübhəli bilinən 57 nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

Ev almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq

27.07.2026 18:44 99
Ev almaq istəyənlərə şad xəbər: Qiymətlər ucuzlaşacaq
"Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımının əvvəlki sürətlə davam etməyəcəyi və bazarın tədricən stabilləşəcəyi ilə bağlı ötən il publik çıxışlarımda fikirlərimi bölüşmüşdüm. Çünki 2025-ci ildə dövlət maliyyəsinin idarə olunmasında formalaşan yeni yanaşmalar belə bir qənaət yaratmışdı ki, 2026-cı ildən etibarən büdcə vəsaitlərinin xərclənməsinə nəzarət daha da güclənəcək, qeyri-səmərəli xərclərin qarşısı daha ciddi şəkildə alınacaq".

Bunu iqtisadçı Eldəniz Əmirov deyib. O bildirib ki, bunun nəticəsində müxtəlif yollarla bazara daxil olan böyük həcmli vəsaitin əvvəlki qədər daşınmaz əmlaka yönəlməyəcəyini düşünürdü:

"Son illərdə mənzil bazarında qiymətləri yüksəldən əsas amillərdən biri məhz bu vəsaitlərin istehsala və real investisiyalara deyil, daşınmaz əmlaka yönəlməsi idi. Nəticədə bazarda real yaşayış tələbindən daha çox investisiya və kapitalın qorunması məqsədilə formalaşan əlavə tələb yaranır, qiymətlər isə iqtisadi əsaslardan daha sürətlə artırdı. Bu mənim proqnozumun əsaslandığı iqtisadi məntiq idi. Son günlər açıqlanan statistika həmin proqnozun ilk siqnallarını göstərir. Mənzil qiymətlərinin artım tempi ardıcıl şəkildə zəifləyir. Belə ki, rüblük artım 2025-ci ilin IV rübündə 3,1%, 2026-cı ilin I rübündə 2,2%, 2026-cı ilin II rübündə isə 1,6% təşkil edib.

Şübhəsiz ki, bu prosesə ipoteka bazarında artım tempinin zəifləməsi, kredit faizlərinin yüksəlməsi, yeni tikililərin bazara çıxması, şəhərin mərkəzi hissələrində aparılan söküntü və yenidənqurma layihələri kimi amillər də təsir göstərir. Hesab edirəm ki, əsas dəyişiklik təkcə bu amillərlə izah olunmur. Qənaətimə görə, daşınmaz əmlaka yönələn investisiya xarakterli kapitalın, o cümlədən dövlət maliyyəsində səmərəliliyin artması fonunda əvvəlki illərdə bazara daxil olan qeyri-produktiv vəsaitlərin həcminin tədricən azalması bu prosesə təsir göstərən mühüm amillərdən biridir. Çox güman ki, qarşıdakı dövrdə də mənzil bazarında qiymət artımının tempi tədricən aşağı düşəcək və müəyyən müddətdən sonra bazar stabilləşəcək. Bunun nə qədər vaxt aparacağı isə dövlət maliyyəsinə nəzarətin davamlılığından, ipoteka bazarındakı dinamikadan, faiz dərəcələrinin səviyyəsindən, əhalinin gəlirlərinin artım sürətindən və iqtisadiyyatın ayrı-ayrı sahələrində alternativ investisiya imkanlarının yaranmasından asılı olacaq".

İqtisadçı hesab edir ki, bu prosesin nəticəsində daşınmaz əmlak bazarı əvvəlki illərdə olduğu kimi sürətli gəlir əldə etmək və kapitalı qorumaq üçün ən cəlbedici investisiya aləti olmaq xüsusiyyətini tədricən itirəcək: "Qiymətlərin formalaşmasında isə spekulyativ tələbdən daha çox real alıcılıq qabiliyyəti və fundamental iqtisadi amillər həlledici rol oynayacaq. Uzunmüddətli perspektivdə isə bütün bunlar mənzil bazarının daha sağlam əsaslar üzərində formalaşmasına və mənzilin vətəndaşlar üçün tədricən daha əlçatan olmasına xidmət edə bilər. Çünki mənzil bazarının əsas məqsədi investisiya aləti olmaqdan daha çox insanların yaşayış ehtiyacını ödəmək olmalıdır".скачать dle 11.3
Mojo.az Banner