Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI

27.07.2026 12:17 489
İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI
İranla baş verən hərbi toqquşmalarda Amerika Birləşmiş Ştatlarının silahlı qüvvələrinin 624 hərbçisi yaralanıb.

Bu barədə "New York Times" nəşri məlumat yayıb.

Qəzet Pentaqonun son hesabatlarına istinad edir. ABŞ-nin Hərb Nazirliyi itkilərlə bağlı statistik göstəriciləri ayrı-ayrılıqda dərc etməyə başlayıb. Bu zaman həm fevralda başlayan əməliyyatın ilk günlərindən, həm də gərginliyin növbəti mərhələsinin start götürdüyü 7 iyuldan etibarən toplanan məlumatlar nəzərə alınıb.

Hərbi mənbələrin məlumatına görə, hesabat formatındakı bu dəyişiklik aprel ayında əldə olunmuş atəşkəs razılaşması ilə əlaqədardır.

"Göstərilən tarixdən (7 iyul) bəri yaralanan əsgərlərin rəsmi sayı hazırda 207 nəfər təşkil edir, beləliklə, münaqişənin əvvəlindən ümumi rəqəm 624-ə çatıb", - deyə məlumatda qeyd olunur.

Son xəbərlər