Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Flora xanım səhhətinə görə təmtəraqlı yubiley təklifindən imtina etdi"

24.07.2026 21:32 336
Xalq artisti Flora Kərimovanın 85 yaşı tamam olub. Sənətkarın yubileyi paytaxt restoranlarının birində yaxınlarının əhatəsində keçirilib.

Müğənni Rövşən Civişov Qaynarinfo-ya açıqlamasında bildirib ki, yubiley məclisi restoran sahibi tərəfindən Flora Kərimovaya hədiyyə edilib:

"Əslində restoran sahibi Flora Kərimovanın böyük pərəstişkarıdır. O, Flora xanımın yubileyinin daha təmtəraqlı keçirilməsini istəyirdi. Lakin Flora xanım səhhəti buna imkan vermədiyindən təklifi qəbul etmədi".

Rövşən Civişovun sözlərinə görə, məclisdə sənət dünyasından yalnız müğənni Rəqsanə İsmayılova iştirak edib:

"Rəqsanə xanım Flora Kərimovanı şəxsən təbrik etməyə gəlmişdi. Sağ olsun, Flora xanımın sənətinə olan böyük sevgisindən irəli gələrək bu özəl gündə onu tək qoymadı. Ümumilikdə isə mərasimdə yalnız ailə üzvləri yer alıb".

Rövşən Civişov bildirib ki, Flora Kərimovaya dövlət tərəfindən diqqət var:

"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir, hər zaman onun müalicəsinə dəstək olurlar. Bundan əlavə Mədəniyyət Nazirliyinin də Flora Kərimovaya böyük dəstəyi olub, həmişə onunla maraqlanırlar”.

Son xəbərlər