Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Evini sığortalamayanları nə gözləyir?

24.07.2026 21:27 384
Evini sığortalamayanları nə gözləyir?
Azərbaycanda icbari qaydada sığortalanan daşınmaz əmlakların sayı 200 minə yaxındır. İcbari Sığorta Bürosunun məlumatına görə, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (DAİMMİS) üzrə 22 min, daşınmaz əmlakın icbari sığortası (DAİS) üzrə isə 192 min 355 aktiv şəhadətnamə qeydə alınıb.

Qanunvericiliyə əsasən, cərimə mexanizminin olmasına baxmayaraq, əhalinin bir çox hissəsi hələ də evlərini sığortalamağa tələsmir.

Vətəndaşlar daşınmaz əmlakın sığortalanmasına niyə maraq göstərmirlər?

Qaynarinfo xəbər verir ki, məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) bildirilib ki, ölkədə daşınmaz əmlakın icbari sığortası prosesləri 2011-ci ildə qəbul edilmiş "İcbari sığortalar haqqında" Qanunla tənzimlənir. Bu sığorta növü qəzalı, sökülməsi haqqında qərar çıxarılmış, sənədsiz və yarımtikili əmlaklar istisna olmaqla, ölkə ərazisindəki bütün yaşayış və qeyri-yaşayış sahələrinə şamil olunur və icbari xarakter daşıyır.

Qanuna əsasən, yanğın, ildırım düşməsi, qaz partlayışı, elektrik naqillərində qısaqapanma, su və kanalizasiya kəmərlərinin qəzası, qonşudan su sızması, eləcə də zəlzələ, fırtına, sel, daşqın və yer sürüşməsi kimi təbii fəlakətlər sığorta hadisəsi hesab olunur.

Sığorta etdirməyənləri nə gözləyir?

İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinə əsasən, sığorta müqaviləsi bağlamayan fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə olunurlar.

Cərimələnən şəxs 20 gün ərzində sığorta müqaviləsi bağlamazsa, təkrar cərimə edilir. Bundan başqa, sığortası olmayan əmlakların alqı-satqısı və girov əməliyyatları zamanı hüquqi məhdudiyyətlər yaranır.

Assosiasiyadan qeyd olunub ki, ölkədə sığorta vərdişləri tədricən formalaşsa da, mövcud vətəndaş aktivliyi qaneedici deyil:

"Təəssüf ki, əmlak sığortaları əksər hallarda hadisə baş verdikdən sonra yada düşür. Lakin unutmamalıyıq ki, risklər gözlənilməzdir və sığorta ən unikal müdafiə mexanizmidir. Sığortalananların sayının az olmasının başlıca səbəbi vətəndaşların bu sahədə məlumatlılıq səviyyəsinin aşağı olmasıdır".

ASA-dan bildirilib ki, maarifləndirmə tədbirləri nəticəsində yerli sığorta bazarı 2021-ci ildə 16%, 2022-ci ildə 18%, 2023-cü ildə 26%, 2024-cü ildə 10%, 2025-ci ildə isə 11% böyüyüb. Eyni zamanda, 2023-cü ilin 1 iyun tarixindən etibarən Əmlak Məsələləri Dövlət Xidməti ilə İcbari Sığorta Bürosunun elektron inteqrasiyası sayəsində şəhadətnamələr tam olaraq elektron formaya keçirilib və bu istiqamətdə islahatlar davam etdirilir.

Son xəbərlər