Mojo.az Banner
SON DƏQİQƏ
11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Evlərimizi niyə sığortalaya bilmirik?

16.06.2025 23:11 873
Evlərimizi niyə sığortalaya bilmirik?
Əmlaka dəyən ziyanla bağlı ən ciddi problemlərdən biri də sığorta məsələsidir. Çox vaxt zərər çəkmiş vətəndaşların evləri və torpaq sahələri sığortalanmadığı üçün baş vermiş dağıntıların fəsadları dövlət və ya fərdi imkanlar hesabına aradan qaldırılmalı olur. Bu isə həm zərərçəkənlər üçün sosial-iqtisadi yük yaradır, həm də dövlətin maliyyə resurslarına əlavə təzyiq göstərir.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlaması zamanı bildirib ki, ötən illərlə müqayisədə yaşayış evləri və mənzillərin icbari sığortalanmasında artım müşahidə edilir:

"Müşahidələr göstərir ki, ölkədə daşınmaz əmlakın icbari sığortası heç də kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını sığorta etdirməkdən yayınır. Hətta ölkənin regionlarında yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyi itki hesab edir. Düşünürəmki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilməlidir”.

Millət vəkilinin sözlərinə görə, bu tədbirlər şəhərlərdə də mütəmadi olaraq keçirilməli və əsasən əhaliyə sığortanın əhəmiyyəti, önəmi barədə ətraflı məlumat verilməlidir:

"Əgər bu gün daşınmaz əmlakın icbari sığortasına tələbat kifayət qədər deyilsə buna başlıca səbəb insanların məlumatının az olmasıdır. Bu səbəblərdən də biz icbari sığorta sisteminə üstünlük verməliyik. Ümumiyyətlə icbari sığorta sığorta münasibətlərinin inkişafına stimul yaradan bir sığorta növüdür. Vətəndaşlar məcburi və ya icbari olaraq bu sığortadan istifadə edir ki, bu da bütövlükdə sığorta bazarının genişlənməsinə və sığorta imkanlarının artmasına gətirib çıxardır”.

O həmçinin qeyd edib ki, daşınmaz əmlakın sığortalanması üçün elektron sistem də yaradılmalıdır.

"Bu yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. İnsanlar bu sistem vasitəsilə sığortalayacağı daşınmaz əmlakın qiymətini də əvvəlcədən öyrənmiş olar,- deyə M.Cəfərov söyləyib”.скачать dle 11.3

Son xəbərlər