Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video

24.07.2026 20:55 291
Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video
Çin avtomobilləri üçün ehtiyat hissələri bazarında qiymətlər yenidən kəskin dəyişib.

Median.Az
Xəzər TV-yə istinadən xəbər verir ki, satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti qısa müddətdə iki dəfədən də çox artıb.

Əsas səbəblər arasında bazarda məhsul qıtlığının yaranması göstərilir. Çin avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı ilə məşğul olan Tural Rəhmanlı deyir ki, son günlərdə Hörmüz boğazında yaranan məhdudiyyətlərin fonunda həm məhsul qıtlığı, həm də qiymət artımı müşahidə edilir.

Satıcılar bildirirlər ki, məhsulların Azərbaycana çatdırılması üçün əvvəlki marşrutlardan fərqli, dolayı yollardan istifadə edilməsi də əlavə xərc yaradır. Yəni gərginliyin beynəlxalq yükdaşımalarına təsir etməsi sonda idxal edilən məhsulların qiymətində birbaşa özünü göstərir. Tural Rəhmanlı deyir ki, anbar ehtiyatlarının azalması və tələbatın yüksəlməsi də qiymətlərə təsir edən amildir.

Bahalaşma yalnız yeni ehtiyat hissələri ilə məhdudlaşmır. İkinci əl hissələrin qiymətində də oxşar tendensiya müşahidə olunur. Bəzi detallarda 15-20 faizə qədər artım var.скачать dle 11.3
Mojo.az Banner