Mojo.az Banner
21:08 Vaxtı bitmiş içkilərə “yeni tarix” qoydular – AQTA aşkarladı (VİDEO)  |     20:55 Avtomobil ehtiyat hissələrinin bahalaşması nə vaxta qədər davam edəcək? - Video  |     20:46 Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib  |     20:41 İki nəfər minaya düşərək ölüb  |     20:34 Bu il ölkədə qeydə alınan cinayətlərin sayı açıqlandı  |     20:29 Xlorlu su dərini quruda bilər - Dermatoloqdan məsləhətlər  |     20:24 Külək güclənəcək - XƏBƏRDARLIQ  |     20:15 İspaniyada meşə yanğınları tüğyan edir  |     20:10 Azərbaycanda vəzifəli şəxslər həbs edildi - 100 milyonluq “yeyinti”  |     20:02 Lavrovun İrana səfəri planlaşdırılır  |     19:57 Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib  |     19:50 Şənbə günü 39 dərəcə isti olacaq  |     19:45 Maşın piyadanı vurub öldürdü - Video  |     19:36 8-ci kilometr bazarı ətrafında aparılan yol təmiri sahibkarlara ziyan vurdu - Video  |     19:30 İran "Amazon" məlumat mərkəzinə hücum edib  |     19:20 Ərdoğan Özbəkistan Prezidentini COP31-ə dəvət edib  |     19:05 “Dinamo” -“Neftçi” matçının hakimləri açıqlandı  |     18:55 Azərbaycanın ən çox və ən az pul xərcləyən rayonları (TAM SİYAHI)  |     18:51 Avtobusda sərnişinin çantasından 440 manat oğurladı - Həbs olundu  |     18:46 Təbiət qoynunda istirahət edənlərin diqqətinə - Nazirlik XƏBƏRDAQLIQ yaydı  |    
Left Banner
Right Banner

Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib

24.07.2026 19:57 99
Arayikgilin məhkəməsi prokurorların çıxışları ilə davam etdirilib
İyulun 24-də Bakı Apellyasiya Məhkəməsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə və digər çoxsaylı cinayətlərə görə Bakı Hərbi Məhkəməsi tərəfindən barələrində ittiham hökmü çıxarılmış Ermənistan Respublikası vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin apellyasiya şikayətləri üzrə məhkəmə baxışı davam etdirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri Elmar Rəhimovun sədrliyi, Emin Mehdiyev və Mehriban Qarayevanın (ehtiyat hakim Əli Məmmədov) iştirakı ilə keçirilən məhkəmə iclasında barələrində cinayət işi üzrə apellyasiya icraatı aparılan şəxslərin hər biri bildikləri dillərdə - erməni və rus dillərində tərcüməçi, habelə müdafiələrinin təmin olunması məqsədilə vəkillərlə təmin edilib.

Məhkəmə iclasında zərərçəkmiş şəxslərin nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı, həmin idarənin şöbə prokurorları Anar Ələkbərov və Sevinc Qasımova iştirak ediblər.

Məhkəmə iclası dövlət ittihamını müdafiə edən prokurorların çıxışları ilə davam etdirilib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Abbas Abbaslı 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin törətdiyi çoxsaylı cinayət faktlarını məhkəmənin diqqətinə çatdırıb.

O, həmçinin təqsirləndirilən Arayik Harutyunyanın Ermənistan tərəfindən yaradılan və himayə olunan cinayətkar birlikdəki roluna dair sübutlara istinad edərək, onun apellyasiya şikayətinin əsassız olduğunu bildirib.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə prokuroru Anar Ələkbərov vaxtilə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycanın suveren ərazilərində törədilən çoxsaylı cinayətlər üzrə toplanmış sübutları təqdim edib.

Anar Ələkbərov, həmçinin Bako Sahakyanın cinayətkar fəaliyyətinə dair konkret sübutlara diqqət çəkərək təqsirləndirilən şəxsin apellyasiya şikayətinin əsassız olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Dövlət ittihamının müdafiəsi üzrə idarənin şöbə prokuroru Sevinc Qasımova isə Arkadi Qukasyanın ittiham olunduğu cinayətlərə dair sübutlara istinad edərək, onun apellyasiya şikayətinin əsassız olduğunu bildirib.

Dövlət ittihamını müdafiə edən prokurorlar, həmçinin bildiriblər ki, birinci instansiya məhkəməsində cinayət işi üzrə bütün sübutlar hərtərəfli, tam və obyektiv qaydada araşdırılıb, iş materiallarında əksini tapan hallar zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar, sənədlər, hadisə yerinə baxış protokolları və digər sübutlarla təsdiq edilib.

İttiham tərəfi çıxışlarında təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək arqumentlərini səsləndiriblər.

Məhkəmənin növbəti iclası iyulun 27-də keçiriləcək.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin 2026-cı il 5 fevral tarixli hökmünə əsasən, Arayik Harutyunyan, Levon Mnatsakanyan, David Manukyan, Davit İşxanyan və David Babayan ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Arkadi Qukasyan və Bako Sahakyan 20 il, Madat Babayan və Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan və Levon Balayan 16 il, Vasili Beqlaryan, Qurgen Stepanyan və Erik Qazaryan isə 15 il müddətinə azadlıqdan məhrum ediliblər.скачать dle 11.3
Mojo.az Banner