Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda hakimlərin fəaliyyəti ilə bağlı QƏRAR

24.07.2026 17:29 381
Azərbaycanda hakimlərin fəaliyyəti ilə bağlı QƏRAR
Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası təsdiq olunub.

Bununla bağlı müvafiq qərar imzalanıb.

Hakimlərin fəaliyyətinin, o cümlədən məhkəmə sədrlərinin, sədr müavinlərinin və məhkəmə kollegiyaları sədrlərinin məhkəmə fəaliyyətinin təşkili ilə bağlı işin qiymətləndirilməsi aşağıdakı məqsədlərlə aparılır:

- ədalət mühakiməsinin keyfiyyətinin artırılması;

- məhkəmə sistemində idarəçiliyin təkmilləşdirilməsi;

- hakimlərin vəzifədə irəli çəkilməsində şəffaflığın təmin olunması;

- hakimlərin fəaliyyətinin stimullaşdırılması;

- hakimlərin tədris ehtiyaclarının müəyyənləşdirilməsi;

- hakimlərin hakimlik fəaliyyətini, inzibati vəzifə tutan hakimlərin isə inzibati səlahiyyətlərinin icrasını davam etdirməyə uyğunluğunun müəyyən edilməsi.

İlk dəfə 3 il müddətinə təyin edilmiş hakimlərin fəaliyyəti həmin müddətin sonunda, digər hakimlərin fəaliyyəti 5 ildə bir dəfədən az olmayaraq, məhkəmə sədrlərinin, sədr müavinlərinin və kollegiya sədrlərinin inzibati səlahiyyətlərin icrası üzrə fəaliyyəti isə bu vəzifələr üzrə səlahiyyət müddətinin sonunda qiymətləndiriləcək.

Hakimlərin fəaliyyəti aşağıdakı meyar qrupları üzrə qiymətləndirilir:

- peşə bilik və bacarıqları, onların ədalət mühakiməsinin həyata keçirilməsində tətbiq etmək qabiliyyəti;

- işgüzar bacarıqlar;

- kommunikasiya bacarıqları;

- etika və intizamlılıq.

Aşağıdakı hallarda yuxarı instansiya məhkəməsi tərəfindən məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi hakimin prosessual fəaliyyətinin mənfi qiymətləndirilməsi üçün əsas deyil:

- təkrar baxış zamanı aşağı instansiya məhkəməsinin aktının dəyişdirilmədən saxlanılması;

- kassasiya instansiya məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldiyi hüquqi əsaslandırma və nəticəyə uyğun qərarın qəbul edilməsi;

- ləğv edilmiş məhkəmə aktının çıxarılması zamanı hakimin xüsusi rəydə qalması və yuxarı instansiya məhkəməsinin qərarının həmin xüsusi rəyə uyğun olması, yaxud yuxarı instansiya məhkəməsinin tərkib üzvlərindən birinin aşağı instansiya məhkəməsinin hüquqi mövqeyi ilə üst-üstə düşən xüsusi rəy verməsi;

- məhkəmə aktının ləğvinə qanunvericiliyin və ya məhkəmə təcrübəsinin dəyişməsinin səbəb olması;

- məhkəmə aktının ləğvi yuxarı instansiyada iddianın etirafı, iddiadan imtina və barışıq sazişinin bağlanması səbəbindən olması;

- məhkəmə aktının ləğvi yuxarı instansiyada dövlət və ya xüsusi ittihamçı tərəfindən ittihamdan imtina edilməsi, zərərçəkmiş şəxslə barışma və dəymiş ziyanın ödənilməsi nəticəsində cinayət məsuliyyətindən azad etmə, habelə cəlbetmə müddətinin keçməsi səbəbindən olması;

- məhkəmə aktının ləğvi yuxarı instansiyada inzibati xətalara dair işlərdə cəlbetmə müddətinin keçməsi, inzibati xəta törətmiş şəxs tərəfindən cərimənin ödənilməsi və zərərçəkmiş şəxslə barışması səbəbindən olması;

- məhkəmə aktının ləğvi yuxarı instansiyada inzibati işlərdə mübahisənin olmaması səbəbindən olması;

- məhkəmə aktının ləğvi qüvvəyə minmiş məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması səbəbindən olması.

Son xəbərlər