Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Qayanada gəminin batması nəticəsində ölənlərin sayı 72-yə çatıb

24.07.2026 15:41 564
Qayanada gəminin batması nəticəsində ölənlərin sayı 72-yə çatıb
Qayana xilasediciləri "MV Barima" bərəsinin qəzaya uğraması nəticəsində həlak olan 72 nəfərin cəsədini aşkar ediblər. Bundan əvvəl 53 qurban olması barədə məlumat verilmişdi.

Bu barədə ölkənin Baş naziri Mark Fillips sosial şəbəkədə məlumat yayıb.

"Aşkar edilən cəsədlərin sayı 72-yə çatıb, onlardan 65-nin şəxsiyyəti mərhumların qohumları tərəfindən artıq müəyyən edilib. Biz axtarış-xilasetmə əməliyyatını davam etdiririk", - deyə o qeyd edib.

Son məlumatlara görə, sərnişinlər və heyət üzvləri də daxil olmaqla 76 nəfər xilas edilib. Hökumətin daha öncə verdiyi məlumata əsasən, gəmidə ümumilikdə 179 nəfər olub.

Xatırladaq ki, "MV Barima" bərəsi iyulun 18-i gecə saatlarında Qayana sahillərində qəzaya uğrayıb. "VesselFinder" portalının məlumatına görə, 40 metrlik bu gəmi 1939-cu ildə inşa edilib. Qayana Prezidenti Məhəmməd İrfan Əli bərə qəzası ilə əlaqədar 22-24 iyul tarixlərini matəm günləri elan edib. O, həmçinin hökumətin faciənin səbəbləri ilə bağlı tam, hərtərəfli və müstəqil araşdırma aparılacağına söz verib.

Son xəbərlər