Mojo.az Banner
16:05 Azərbaycanda zorakılığa məruz qalan kişilərin sayı AÇIQLANDI  |     15:50 Bakıda 200 min manatlıq soyğunçuluq edən şəxslər saxlanılıblar - Video  |     15:37 "Barselona" Kərim Adeyemini TRANSFER ETDİ  |     15:33 İmişlidə yanğın törədən şəxs cəzalandırıldı  |     15:29 Azərbaycanda ezamiyyə qaydalarında DƏYİŞİKLİK  |     15:27 Məcburi köçkünlərlə bağlı qanunlarda dəyişikliklər edildi  |     14:40 Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI  |     14:39 Məcburi köçkünlərlə bağlı sosial dəstək mexanizmləri mərhələli şəkildə yeni modelə keçirilir  |     14:37 Moped sürənlərin NƏZƏRİNƏ - Dövlət rüsumları TƏSDİQLƏNDİ  |     14:22 Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı  |     14:17 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? - Video  |     14:10 Azərbaycanda iki peşə təhsili müəssisəsi yaradılacaq  |     14:05 Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi  |     13:59 Azərbaycana gələn turistlərin sayı azaldı – Ən çox bu ölkələrdən gəliblər  |     13:54 Sabah Bakıda 38, rayonlarda 39 dərəcə isti olacaq  |     13:48 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona  |     13:40 Azərbaycanın UEFA reytinqində mövqeyi dəyişməyib  |     13:35 UEFA Konfrans Liqası: "Zirə" Estoniyada "Payde" ilə üz-üzə gələcək  |     13:26 Peşə təhsili müəssisələrində illik təhsil haqqı: 6500 AZN...  |     13:21 Azərbaycanda 47 kişi zorakılığa məruz qalıb - RƏSMİ  |    
Left Banner
Right Banner

Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI

23.07.2026 14:40 165
Saxta sahibkarlıqla məşğul olan dəstənin 40 milyon manatlıq MAXİNASİYASI
Azərbaycanda cinayətkar dəstə halında birləşən bir qrup şəxs dövlət portalı vasitəsilə milyonlarla manat vəsaiti leqallaşdırmaqda ittiham olunur.

Median.Az
"Qafqazinfo"ya istinadla xəbər verir ki, çoxepizodlu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baxılır.

Prokurorluqda aparılan ibtidai istintaqla müəyyən edilib ki, Çingiz Cəfərli, Azad Rəsulov, Şahin Mustafayev, Emin Hacıyev, Məhərrəm Hüseynov, Tural Qədirov, Anar Əhmədov, Vüsal Osmanov, Bəxtiyar Məmmədov, Xəyyam Hacıyev və Tərxan Şirinov yalançı sahibkarlıq subyektləri təsis etməklə 42 milyon manata yaxın vəsaiti leqallaşdırıblar.

Dəstə üzvlərinin başçısı və fəaliyyəti vahid mərkəzdən idarə edən Çingiz Cəfərli olub. O və istintaqla şəxsiyyətləri müəyyən edilməyən qeyriləri 2021-2024-cü illər ərzində yalançı sahibkarlıq subyektləri olan hüquqi şəxsin və müəssisə kimi fəaliyyət göstərən fiziki şəxslərin faktiki rəhbərləri kimi qeydiyyatdan keçiblər. Onlar vəzifəli şəxs kimi müəyyən olunmayan ünvanlarda, vaxtlarda və texniki vasitələrlə Dövlət Vergi Xidmətinin veb səhifəsinə giriş edərək saxta əməliyyatlar aparıblar.

Dəstə üzvləri dövlət platforması olan Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet səhifəsində guya malların real alqı-satqısı, xidmət göstərilməsi və iş görülməsi əməliyyatlarının aparılmasına dair 1 419 sayda saxta elektron qaimə-fakturalar, bildirişlər, müqavilələr, təhvil-təslim aktları və digər sənədlər tərtib edib informasiya resurslarına və rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mütəşəkkil dəstə tərkibində vəzifə saxtakarlığı törədiblər.

Bununla da dəstə üzvləri tərəfindən əmlakın həqiqi xarakterinin, yerinin, onlara sərəncam verilməsinin, əmlaka aid hüquqların və onların kimə məxsusluğunun ört-basdır edilməsi və gizlədilməsi məqsədilə ümumilikdə 41 milyon 818 min 630.21 manat məbləğində maliyyə vəsaiti müxtəlif əqdlər həyata keçirilməklə leqallaşdırılıb.

Dəstə üzvlərinə qarşı Cinayət Məcəlləsinin 178.4 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən dələduzluq), 193.3.1, 193-1.3.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən leqallaşdırma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham irəli sürülüb.

İş materiallarında yazılıb ki, Çingiz Cəfərlinin başçılıq etdiyi dəstə bütün prosesləri metronun "20 Yanvar" stansiyası ətrafında yerləşən və özlərinin nəzarətində olan yeməkxanadan idarə edib.

İş üzrə onlarla zərərçəkmiş var. Maraqlıdır ki, onların əksəriyyəti maddi ehtiyacı olan şəxslər, tələbələr, təqaüdçülər, hətta narkotik asılılığı olan şəxslərdir.

Cinayətkar qrup işə düzəltmək adı ilə onların adına olan "Asan İmza"lardan istifadə etməklə yüzlərlə şirkət açaraq milyonlarla manat vəsaiti nağdlaşdırma məqsədilə istifadə edib, əvəzində isə aztəminatlı şəxslərə qısa müddət cüzi maaş ödəyib. Nəzərdə tutulan məqsədə çatdıqdan sonra isə həmin şəxslərin telefon zənglərinə cavab verilməyib.

Əslində, bu şirkətlərin sayının 5-8 min arasında olduğu ehtimal edilsə də, istintaq orqanı onların bir qismini müəyyən edə bilib. Zərərçəkənlər müxtəlif şirkətlərin sahibi və ya direktoru olduqlarını yalnız istintaqa çağırılanda biliblər.

İş üzrə baxış iclası iyulun 31-də keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner