Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Barselona" Kərim Adeyemini TRANSFER ETDİ

23.07.2026 15:37 696
Almaniyanın "Borussiya Dortmund" futbol klubunun hücumçusu Kərim Adeyemi karyerasını "Barselona"da davam etdirəcək.

Bu barədə İspaniya təmsilçisinin rəsmi saytında məlumat verilib.

Kataloniya klubu 24 yaşlı futbolçu ilə 2031-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

"Münhendə Nigeriya və Rumıniya əsilli ailədə dünyaya gələn Adeyemi "Barselona"nın heyətinə güclü və çoxşaxəli hücum potensialı qatacaq. O, karyerası ərzində həm cinahlarda, həm də mərkəz hücumçusu kimi oynamaq bacarığını nümayiş etdirərək, yüksək sürətini güclü sol ayağı ilə birləşdirib", - deyə klubun rəsmi bəyanatında bildirilir.

Qeyd edək ki, Adeyemi ötən mövsüm Almaniya çempionatında 28 qarşılaşmada iştirak edib, 7 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Bundan əlavə, hücumçu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 9 oyunda üç dəfə fərqlənib və iki qol ötürməsi verib.

Son xəbərlər