Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:16 Model sevgilisini döyən Ziya Hüseynzadəyə hökm oxundu  |     18:07 İlham Əliyev ICESCO-nun baş direktorunu qəbul edib - Foto  |     17:53 Leyla Əliyeva Məhəmməd Əbdülsalamla görüşüb - Foto (Yenilənib)  |     17:51 Bakıda təmir zamanı hündürlükdən yıxılan şəxs öldü  |     17:50 Penitensiar Xidmətin yeni rəisi kimdir? - Dosye  |     17:48 Azərbaycanda icra başçısının cərimələnməsi iddiasına rəsmi cavab (Yenilənib)  |     17:43 Hansı müəssisələr ətraf mühitə təsirin qiymətləndirilməsinə cəlb olunacaq? - Prezident təsdiqlədi  |     17:23 İlham Əliyev Mirsaleh Seyidovu vəzifəsindən azad etdi - Yeni təyinat  |     17:22 Azərbaycanda 23 milyondan çox bank kartı var - Maraqlı rəqəmlər  |     17:21 Sabah bir rayonda qaz olmayacaq  |     17:17 Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb - Foto  |     17:17 Bakıda sökülən evlərə görə kompensasiya qaydaları dəyişə bilər? – Deputatdan təklif  |     17:15 Metro, dəmiryol və tramvay xətlərinin tikintisi ilə bağlı yenilik  |     17:06 Könül Həmzəyevaya qarşı 300 min manatlıq DƏLƏDUZLUQ: Məhkəmə başladı  |     16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |     16:27 Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi  |     16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Meksikada daha bir jurnalist öldürüldü: İlin əvvəlindən 6-cı qətl hadisəsi

23.07.2026 12:37 483
Meksikada daha bir jurnalist öldürüldü: İlin əvvəlindən 6-cı qətl hadisəsi
Meksikanın Oaxaka ştatında jurnalist Fransisko Alexandro Leyva silahlı hücumun qurbanı olub.

Bu barədə "El Universal" nəşri məlumat yayıb.

Cinayət San-Pablo-Etla bələdiyyəsində baş verib. Nəşrin məlumatına görə, azı iki nəfər motosikletdə olan şəxs jurnalist küçədə yemək çadırının yanında olarkən onu güllələyib.

F.Leyva keçmişdə yerli "CORTV" teleradio şirkətinin rəhbəri kimi fəaliyyət göstərib. Son dövrlər isə o, öz müəllif guşəsində ştat qubernatoru Salomon Xaranı davamlı olaraq tənqid etməsi ilə tanınırdı. Ştat rəhbəri artıq bu hadisəni qınayaraq öldürülən şəxsin onun idarəçiliyini tənqid etdiyini təsdiqləyib və cinayətin cəzasız qalmayacağını vurğulayıb. Araşdırmalara Meksika Baş Prokurorluğunun söz azadlığına qarşı yönəlmiş cinayətlər üzrə ixtisaslaşmış ekspertlərinin cəlb olunması nəzərdə tutulur.

Bu hadisə ilə Leyva 2026-cı ilin əvvəlindən etibarən Meksika ərazisində həyatını itirən altıncı mətbuat nümayəndəsi olub. Oxşar cinayətlərin üçü (yarısı) Verakrus ştatında qeydə alınıb. Həmçinin 2026-cı ildə Qerrero və Puebla ştatlarında da media nümayəndələrinə qarşı ölümcül hücumlar baş verib.

Son xəbərlər