Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İş aludəçilərinə XƏBƏRDARLIQ: Ömrünüz 25 il qısala bilər

23.07.2026 12:22 435
İş aludəçilərinə XƏBƏRDARLIQ: Ömrünüz 25 il qısala bilər
Həddindən artıq işləmək və xroniki yorğunluq ürək-damar sisteminə ciddi zərər vurmaqla yanaşı, insan ömrünü 25 ilədək qısalda bilər.

Bu barədə rusiyalı həkim Denis Prokofyev "Abzats"a açıqlamasında bildirib.

"Həddindən artıq işləməyə bağlı bütün xəstəliklərin əsas səbəbi stresdir. Yuxu və qidalanma rejiminin pozulması nəticəsində yaranan xroniki stres təkcə ürək-damar sisteminə deyil, həm də immun sisteminə mənfi təsir göstərir. Daimi yorğunluq fonunda nəbz və arterial təzyiq yüksəlir, beyin oksigen çatışmazlığına (hipoksiya) məruz qalır. Nəticədə iş aludəçilərində infarkt və insult riski təxminən 30% artır. İdeal ömür müddətini 85 yaş hesab etsək, fasiləsiz işləyən insanlarda bu göstərici 60 yaşa qədər enə bilər", - deyə həkim vurğulayıb.

Mütəxəssis iş aludəçilərinə iş rejiminə yenidən baxmağı, işlə şəxsi həyat arasında balans yaratmağı və istirahətə laqeyd yanaşmamağı tövsiyə edib.

Həkimin sözlərinə görə, həddindən artıq işləməyin digər təhlükəli tərəfi insanın bütün həyatının yalnız işdən ibarət olmasıdır. Bu isə zamanla özünü məhvetmə meyillərinə, ailədaxili münasibətlərdə gərginliyə və intim həyatda problemlərə səbəb ola bilər.

Son xəbərlər