Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı

21.07.2026 23:02 663
2026-cı ilin ən fəal startap investorlarının reytinqi açıqlandı
2026-cı ilin ilk yeddi ayında Avropa startap ekosistemində ən fəal investorların reytinqi açıqlanıb.

1 yanvar - 20 iyul 2026-cı il tarixləri arasında portalın işıqlandırdığı investisiya raundları əsasında tərtib edilib. Siyahıda investorlar iştirak etdikləri hər bir fərqli maliyyələşmə raunduna görə qiymətləndirilib.

Araşdırmaya görə, 2026-cı ildə Avropada ən fəal investor "European Innovation Council" (EIC) Fund olub. Fond hesabat dövründə 16 müxtəlif investisiya raundunda iştirak edib. Onun yatırımları əsasən nüvə sintezi enerjisi, biotexnologiya, kvant hesablamaları, kosmik infrastruktur və telekommunikasiya sahələrini əhatə edib.

İkinci yerdə "Antler" qərarlaşıb. Şirkət 14 investisiya raundunda iştirak edərək əsasən erkən mərhələdə olan startaplara sərmayə yatırıb.

Üçüncü pillədə isə Almaniyanın "High-Tech Gründerfonds" (HTGF) fondu yer alıb. Fond 13 investisiya raundunda iştirak edərək biotexnologiya, iqlim texnologiyaları, proqram təminatı və sənaye texnologiyaları sahəsində fəaliyyət göstərən startapları maliyyələşdirib.

Dördüncü yeri hər biri 12 investisiya raundunda iştirak edən "Balderton Capital və Index Ventures" bölüşüb. Hər iki fond əsasən süni intellekt, maliyyə texnologiyaları, enerji və hüquq texnologiyaları istiqamətində fəaliyyət göstərən şirkətlərə sərmayə yatırıb.

Beşinci sırada isə hər biri 11 investisiya raundunda iştirak edən "General Catalyst və Y Combinator" qərarlaşıb. "General Catalyst" daha çox süni intellekt, korporativ proqram təminatı və səhiyyə sahələrinə investisiya yatırdığı halda, Y Combinator müxtəlif erkən mərhələ startaplarının maliyyələşdirilməsində iştirak edib.

İlk onluğa daxil olan digər investorlar bunlardır:

British Business Bank - 10 investisiya raundu;
Seedcamp, Bpifrance və Speedinvest - hər biri 9 investisiya raundu;
Atomico, Bayern Kapital və CDP Venture Capital - hər biri 8 investisiya raundu;
Cherry Ventures, EIFO, Lightspeed Venture Partners və Tesi - hər biri 7 investisiya raundu;
HV Capital və Plural - hər biri 6 investisiya raundu.

Araşdırmanın nəticələrinə görə, ilk onluqda yer alan 21 investor ümumilikdə 190 investisiya raundunda iştirak edib.

Hesabat həm dövlət dəstəyi ilə fəaliyyət göstərən investisiya fondlarının, həm də özəl vençur kapitalı şirkətlərinin Avropanın startap ekosisteminin inkişafında mühüm rol oynadığını göstərir. Xüsusilə "EIC Fund", "High-Tech Gründerfonds", "British Business Bank" və "Antler" ən fəal dövlət və dövlət dəstəyi alan investorlar sırasında yer alarkən, "Index Ventures", "Balderton Capital", "Y Combinator" və "General Catalyst" ən fəal özəl vençur kapitalı fondları kimi seçilib.
//valyuta.az

Son xəbərlər