Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı (Video)

21.07.2026 19:30 375
Qapıdan baxan qeydiyyatçı oğlan imiş - Videodakı qadın danışdı (Video)
"Videonun çəkildiyindən xəbərim yox idi. Ötən gün tanışlar videonu mənə göndərdilər. Bir il keçib həmin əməliyyatdan. Mənim səsim, mənim açıq bədənimdir paylaşılan”.

Bunu bir neçə gündür sosial şəbəkələrdə görüntüsü yayılan estetik əməliyyatda zərərçəkən Qəmər Ağalıyeva "ATV Xəbər”ə bildirib.

O deyib ki, narkozdan ayıldıqdan sonra ağrıları hiss edib:

"Hər bir ağrını, şişi bədənimə necə salmasını hiss edirdim. Əməliyyat olan yer klinika deyildi, bildiyiniz zirzəmi idi. Boş otaq idi, həkimə aid heç nə yox idi. Bircə çarpayı idi, orada da işlərini görürdülər. Gələn-gedən də rahatlıqla otağa girib-çıxırdı”.

Zərəçəkmişin sözlərinə görə, yayılan video ailəsində də söz-söhbətə səbəb olub. Bununla bağlı əməliyyatı icra edən Gülbadə Abdullayeva ilə əlaqə saxlayıb. Aldığı cavab isə belə olub: "Həkim ağalayaraq mənə bildirdi ki, bu, onun səhv deyil. Dedi ki, hara istəsəniz, müraciət edin”.

Gülbadə Abdullayeva telekanala açıqlamasında da videonun çəkilməsindən xəbəri olmadığını qeyd edib:

"Videonu çəkən Xəyalə İsmayılova, qapıdan baxan da qeydiyyatçı olub. Onu da Xəyalə çağırıb. Mənim xəbərim olmayıb videonun çəkildiyindən. Mənim təhsilim var, amma diplomumu Azərbaycanda təsdiqlədə bilmirəm. Məkanımızın lisenziyası iə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərmişik”.

Məsələyə münasibət bildirən deputat Rəşad Mahmudov bildirib ki, bu, ciddi şəkildə cəzalandırılmalı hadisədir:

"Bu gün birmənalı olaraq bu şəkildə hər hansı kiçik xəstəxanalarda əməliyyatxana icazəsi olmadan, əməliyyatxana standartları qurulmadan hansısa müdaxilənin aparılması müzakirə mövzusu ola bilməz. Bu, xəstənin nəticəsindən asılı olmadan cinayət məsuliyyəti yaradır”.

Son xəbərlər