Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |     20:39 Azər Qasımovun qardaşının məhkəməsində 200 minlik dələduzluğun detalları AÇIQLANDI  |     20:35 Deputat iranlı naziri tənqid etdi: “Əvvəl öz ölkəsindəki problemləri həll etsin”  |    
Mojo.az Avto
Mojo.az Avto

Yer əvvəllər isti olmayıb? - YENİ NƏTİCƏ

20.07.2026 20:27 393
Yer əvvəllər isti olmayıb? - YENİ NƏTİCƏ
Yer kürəsinin qədim dövrlərdəki iqlimi ilə bağlı yeni araşdırma indiyədək qəbul edilən təsəvvürləri dəyişə bilər.

Alimlərin apardığı yeni tədqiqat Yerin milyonlarla il əvvəl düşünüldüyü qədər isti olmadığını ortaya qoyub. Araşdırmaya görə, planetin təbii iqlim tənzimləmə mexanizmləri yüz milyonlarla il ərzində temperaturun kəskin dəyişməsinin qarşısını alıb.

Lids Universitetinin alimləri Fanerozoy dövrünü – təxminən son 540 milyon ili əhatə edən zaman kəsiyini yeni ölçmə üsulu ilə təhlil ediblər. Əvvəlki tədqiqatlarda bəzi geoloji dövrlərdə Yerin temperaturunun sənaye inqilabından əvvəlki səviyyədən 20-30 dərəcə yüksək olduğu irəli sürülürdü. Yeni nəticələr isə bu göstəricinin maksimum 10 dərəcə olduğunu göstərir. Tədqiqat müəlliflərinin sözlərinə görə, bu nəticə Yerin keçmişdə güclü təbii tarazlıq mexanizmlərinə malik olduğunu göstərir. Məhz bu mexanizmlər biosferin sabit qalmasına və canlıların təkamülünü davam etdirməsinə imkan verib.


Alimlər eyni zamanda xəbərdarlıq edirlər ki, keçmişdə mövcud olan bu təbii tarazlıq insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmənin təhlükəsini azaltmır. Əksinə, antropogen istiləşmə Yer kürəsini tarixində görünməmiş temperatur dəyişiklikləri ilə üz-üzə qoya bilər.//sfera.az

Son xəbərlər